Sünni müftisi şeyxülislam abdulla əfəndinin səfəvi şiələri haqqinda qeyri-insani fətvalari

1) Sultan 3-cü Əhməd zamanında iranlılar(Səfəvilər) haqqında Osmanlı dövlətinin şeyxülislamı Mövlanə Abdullah Əfəndinin utandırıcı və qeyri-insani fətvaları sənədlərdə dövrümüzə qədər gəlib çatmışdır. Bu fətvalar haqqında hissə – hissə paylaşmağa çalışacam.

2) Bu fətvalar Osmanlı sultanı 3-cü Əhmədin Səfəvilərə edilən hücumların ilkin və şəri icazəsi olaraq qəbul edilir.

3) 1726-cı ildə Abdulla Paşa Köprülüzadənin başçılığı ilə Təbriz, Ordubad, Naxçıvan, Xoy, Nəhavənd, Kirmanşah, Həmədan kimi şəhərlərinin fəth və əhalisinin qətliam olması həmin fətvalara əsasən həyata keçirilirdi.

4) Abdulla Paşa Köprülüzadə Təbrizin işğal, talan və qətliam olmasından sonra 1726-cı ilin ortalarında Sultan 3-cü Əhmədə yazdığı məktubda Şeyxülislam Abdulla Əfəndinin iranlılar haqqında verdiyi fətvalara birbaşa və açıq şəkildə istinad edir.

5) Fətvada ŞİƏ əvəzinə RAFİZİ (təhqir kimi). Əhali isə əcəm adlanır. 6-cı bənddə bu fətvadan bir hissəsini yazıram.

6)”Əgər islam əhalisindən bir kəs Əcəm rafizilərinə hücum edib və o diyarın camaatı ki , kafirdir və küfr əhlidir onların xanım və uşaqlarını əsir etmək, köləlik və əsarətdə saxlamaq, Osmanlı məmləkətinə və ya digər ölkələrə aparmaq, həmçinin bu insanlar və əsirləri almaq və satmaq şəriidirmi?

Cavab : Şəriidir

Şeyxülislam Abdulla Əfəndi

7) Bu fətvalar 17-ci əsrdə əlyazma şəklində qeyd olunmuşdur. İstanbulda Əsəd Əfəndi kitabxanasında 3687 nömrəli arxivlə qorunub saxlanılır.

Rəhim Əfəndi.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP