Nadir şah əfşar dövlətinin rəsmi dili nə idi?

1) Türkiyə Dövlət Arxivi Baş İdarəsinin rəsmi açıqlamasına görə Nadir Şah Əfşar zamanında İran dövləti tərəfindən yazılmış 22 məktub var ki, onun 20-i farsca , 1-i ərəbcə, 1-i Osmanlı türkcəsində yazılmışdır.

2) Bu məktublar Türkiyə Başbakanlığı Genel Müdürlüğü Osmanlı Arşivi Daire Başkanlığı tərəfindən 2012-ci ildə

“1-ci Mahmut və Nadir şah, 3 numaralı Name-i Hümayun defteri”

adı ilə çap olunmuşdur.

3) Ön söz həm fars, həm də türk dilində Dövlət Arxiv İdarəsinin direktoru dosent Oğuz Ünal tərəfindən yazılmışdır.

4) Ön söz də fars və türk dilində yazılmışdır ki, ordan bir qismini qeyd edirəm :

“تعداد نامه شاهی و مکتوب که از ایران برای دولت عثمانی آمده با احتساب سه بار تکرار، بیست نامه به زبان فارسی، یک نامه به زبان عربی و یک نامه به زبان عثمانی (نامه شاهی) در مجموع ۲۲ نامه است. ”

” İran’dan Osmanlı Devleti’ne gelen nâme-i şâhî ve mektup sayısı, 3’ü mükerrer olmak üzere 20’si Farsça, 1’i Arapça ve 1’i Osmanlı Türkçesi ile yazılmış olup (nâme-i şâhî) toplam 22 adettir. ”

5) Türkiyə Başbakanlığı Dövlət Arxivi İdarəsi bu kitabı hazırlamaq və çap etmək üçün

” İran ve saire name-i Hümayun”

əlyazmasından istifadə olunmuşdur. Bu əlyazmada bir çox tarixi məktublarla yanaşı Nadir şahın Osmanlı dövlətinə göndərdiyi farsca məktubları da yer almaqdadır.

6) Qeyd etmək lazımdır ki, Bu farsca məktublar İran şahı Nadirin yazdığı məktub və sənədlərin sadəcə bir qismidir. Bu tarixi məktublarla yanaşı Nadir şahın Əfqan başçıları və Hindistan şahına yazdığı məktublar, o cümlədən onlarla kitab və sənədlər, dövlətin divan hökmləri və daxili fərmanları da farsca yazılmışdır.

Rəhim Əfəndi

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP