Osmanlılar zamanında fars dilinin yeri və əhəmiyyəti haqqında

1) Hörmətli yoldaşlar, bu tarixi sənəd ölkəmizin virtual şəkildə tədqiqat məkanına ilk dəfə olaraq təqdim olunur.

2 ) Osmanlı hökumətinin bütün tarixində ən məşhur, anti-İran və anti – şiə şeyxülislamı olan Əbulsəid Əfəndinin bir vəhhabi (sələfi) ekstremistinin “Fars dilinin yeri və mövqeyi” haqqında sualına verdiyi cavabı :

“Əgər biri – ‘Fars dilini sevmək xətadır və bu kafirlərin dilidir’ söyləsə şəri baxımdan nə etməlidir?

Cavab ;

Gərək tövbə etsin, Peyğəmbər əleyhissalam buyurmuşdur ki, Fars və Ərəb dili cənnət əhlinin dilidir”

Əbulsəud Əfəndi

3 ) Osmanlı hökumətinin bütün tarixində ən məşhur şeyxülislam olan Əbulsəud Əfəndinin, Anadoludakı sələfi İbn Teymiyyə ardıcıllarının bu istəklərinə açıq şəkildə müqavimət göstərməsi bölgədəki fars dilinin necə yüksək mövqedə olduğunu göstərir.

4) Şeyxülislam Əbulsəud Əfəndi Sultan Süleyman Qanuni və Sultan 2-ci Səlim dönəmində 1545-1574-ci illərdə 29 il müddətində Osmanlı dövlətinin şeyxülislamı vəzifəsini yerinə yetirmişdir.

5) Şeyxülislam Əbulsəud Əfəndi digər Osmanlı şeyxülislamları kimi ayrı-ayrı fətvalarda şiələrin qanının və malının Osmanlı ordusuna halal olması barəsində qeyri – insani şəri icazələr vermişdir.. Sultan Süleyman və Sultan 2-ci Səlim dövründə Osmanlı ordusunun Səfəvilər dövlətinə və xüsusən İran Azərbaycanına olan hücumların əksəriyyətini və qətliam edilmələri icazəsini vermişdir.

6) Bu tarixi dəyəri olan fətva Sudi Bosnevinin “Məsnəvinin şərhi” kitabının əlyazmasının son vərəqində qeyd olunmuşdur və hal-hazırda İstanbul Atatürk Kitabxanasında K.000451 arxiv nömrəsi ilə saxlanılır.

7) Digər Osmanlı şeyxülislamı Mövlanə Abdullah Əfəndinin Səfəvi şiələri barəsində utandırıcı və qeyri-insani fətvaları haqqında olan paylaşımımı bu linkdən daxil olub oxuya bilərsiniz :

https://m.facebook.com/story.php?story_fbid=783496658770339&id=100013300369092

8) Osmanlıların qarət və vəhşilikləri haqqında İskəndər bəy Türkmanın şəxsi müşahidələri əsasında yazdığı “Abbasın dünyanı bəzəyən tarixi” əsərindən olan qeydləri digər postumda oxuya bilərsiniz

https://m.facebook.com/story.php?story_fbid=788588901594448&id=100013300369092

Rəhim Əfəndi

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP