İrəvanda 6-7 dekabrda “Qafqaz-Xəzər bölgəsinin yerli xalqları – elmi faktlar və saxtalaşdırmalar işığında” konfransı keçiriləcək

Ermənistan paytaxtı İrəvanda 6-7 dekabrda “Qafqaz-Xəzər bölgəsinin yerli xalqları elmi faktlar və saxtalaşdırmalar işığında” konfransı keçiriləcək.

Konfrans İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrası və Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun təşəbbüsü ilə keçirilir. Elan edilib ki, toplantının keçirilməsində məqsəd “Azərbaycanda tarixi saxtakarlığın elmi faktlarla üzə çıxarılması”dır.

Konfransda talış xalqının milli dirçəlişində böyük rol oynayan görkəmli ictimai-siyasi xadimlər,  o cümlədən Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının eksperti, Rusiya Talış Diasporunun sədri İsmail Şabanov,  Talış Xalqının Haqlarını Müdafiə Komitəsinin sədri Zəhirəddin İbrahimi,  Ozodə Tolışstoni sədo (OTV) telekanalının müxbiri, məşhur teleaparıcı və görkəmli şair Zabil Məhərrəmov, Rusiya Federasiyası Sverdlovsk vilayətində yaşayan talış diasporunun sədri Elşan Həsənov də və s. iştirak edəcəklər.

Konfransın açılış mərasimində İsmail Şabanov giriş sözü ilə çıxış və Talış-Muğan müstaqil dövlətçiliyi bərpasının perspektivlərindən bəhs edəcək.

Qeyd edək ki, İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri, profesor Vardan Voskanyan Ermənistan İctimai radiosuna verdiyi müsahibədə bu konfransın Ermənistanda keçiriləcəyinin səbəblərinə toxunub və elan edib ki Bakı rejimi üçün Azərbaycanda yaşayan yerli xalqların problemlərinə həsr olunan tədbirlərin Azərbaycanda keçirilməsi qabuledilməzdir.

“Əslində bir cavabımız var: Talışıstanın paytaxtı Lənkəranda belə konfranslar təşkil edin  və dəvət olarsa, biz də iştirak edəcəyik və yerli xalqlar haqqında dəqiq tarixi və təhrif olunmamış faktları təqdim edəcəyik”,-deyə Voskanyan qeyd edib.

 

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP