İsmail Şabanov: Bakı rejimi talış xalqını tarix səhifələrindən silmək istəyir

Azərbaycanlılar yerli xalqların, xüsusən də talışların mədəniyyətini, elmi nailiyyətlərini mənimsədilər. Azərbaycan dövlətin assimilyasiya siyasəti talışlar üçün bir təhdiddir.

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə,  bu barədə Yerevanda keçirilən “Qafqaz-Xəzər bölgəsinin yerli xalqları elmi faktlar və saxtalaşdırmalar işığında” beynəlxalq konfransında”Talış diasporası” QHT-nın sədri İsmayıl Şabanov bildirib.

“Başqaların məhv edilməsi və assimilyasiyası və bunun əsasında öz xoşbəxtliklərinin qurulmasının gələcəyi yoxdur. Talışların vətənlərindən uzaqlaşdırılması, mədəniyyətlərinin özəlləşdirilməsi, ana dilində danışmalarının qadağan edilməsi dəhşətlidir. Azərbaycan öz tarixini o qədər şişirdib ki, hətta müttəfiq dövlətlərin tarixçiləri də təqdim olunan hekayənin 5 faizinin reallıq olmasına şübhə ilə yanaşırlar.

Talış xalqını tarix səhifələrindən silmək istəyir. Biz bu məsələni həmişə qaldırırq. Bu gün bizə hər şeyi etməyi qadağan edirlər, hətta talış sözünün istifadəsi hüquq səviyyəsində qadağandır. Xalqımız bunu başa düşür. Gənclər bizi bağışlamayacaq. Biz kiçik bir millətik və onlar bizi məhv etmək istəyirlər” – deyə İsmayıl Şabanov bildirib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP