SƏFƏVİLƏR NİYƏ İRAN DÖVLƏTİ SAYILIR ?

1) Hörmətli yoldaşlar, keçən neçə onilliklər ərzində Səfəvi hökumətinin İran və ya Azərbaycan dövləti olması barəsində çoxlu mübahisələr yaranıb. Mən bu məsələni tamam başqa bir metodla detallı şəkildə izahını vermək istəyirəm.

2) Əvvələn, demək istəyirəm ki, Azərbaycanın əksər tarixçilərindən başqa beynəlxalq miqyasda Səfəvi hökuməti İran höküməti kimi tanınır. Bu öz yerində. Bunu başa düşmək üçün tarixi hadisələrin gedişatını dəqiq bilməklə yanaşı tarixin araşdırılma mexanikasını da bilmək lazımdır.

3) Ümumiyyətlə, bütün rəsmi sənədlərdə, yazışma və məktublarda Səfəvi İran höküməti kimi qeyd olunub və Səfəvi cəmiyyəti “iranlı” kimliyi adı ilə tanınıb. Azərbaycan tarixçilərinin gətirdiyi iddialar tarix elminin araşdırılma mexanikasının əksinə getdiyinə görə heç vaxt “nəzəriyyə” halına düşə bilmir. “Azərbaycan dövlətidir” deyə ən çox cavab kimi verdikləri arqumentlər əsasən bunlar olur.

A) Səfəvi dövlətini yaradanlar türklər idi
B) Səfəvilər Təbrizdə qurulmuşdu
C) Sarayda türk dilindən istifadə olunurdu.

4) Gəlin bu arqumentləri yaxşıca incəliyək. Əvvələn dövləti idarə edənin hansı millətdən olması idarə etdiyi quruluşun adını dəyişmir.

↪ Məsəlçün : Kanadanın prezidentinin ingilis və ya fransız olması onu İngiltərə və ya Fransa dövləti etmir. Bu da eyni şeydir.

✅deməli, 3-cü bəndin A variantında olan iddia təkzib olundu

İkinci olaraq dövlətin rəsmi dilinin hansı dil olması da mühümdür. Səfəvilərə dair əlimizdə olan sənədlərin hamısı farscadır. Fars dili isə İran dövlətçilik ənənələrinə məxsus bir şeydir. Ordu və sarayda türk dili işlənirdi və bir neçə məktublaşma. Vəssalam. Bu bəsit təkzibdir. İrəlidə izahı dəqiq şəkildə də qeyd edəcəm.

✅Deməli, 3-cü Bəndin B variantında olan iddia da əsassızdır.

🔸 İndi isə Keçək C bəndinin izahına.

5) Tarix elmində “dövlətçilik törəsi” və “ictimai törə – xalq törə” deyilən iki anlayış var. Məsələn İran, Roma, Yunan “dövlətçilik törəsində” güclü ideologiya və dövlətçilik quruluşuna malik olublar. Bəs, türklər??

⏩Qədim türk adətlərinə görə, kiçik oğlan atasının evində yaşayan və ata ocağını davam etdirən övladdır. Bunun üçün də ən kiçik oğlanlara “Ot-Təgin” , yəni “od şahzadəsi”, ata ocağını yaşadan oğlan deyirdilər. Ənənəyə görə, kiçik oğullar hökmdar ola bilməzdilər, lakin atalarının mal və sərvət mirası onlara çatırdı. Bu “Xalq törəsi” yəni “ictimai törə” – dir.

⏩ Bu vəziyyətdə türk dövlətlərində “dövlət törəsi” və bir də “xalq törəsi” deyə iki ictimai qayda ortaya çıxmaqdadır. Xalq adətinə görə, kiçik oğul daha əhəmiyyətlidir. Çingiz xanın qurduğu dövlətin bir cahan dövləti olmasına baxmayaraq, bu qədim “xalq” adətini keçib dövlət adətinə çatmaq mümkün olmamışdı. Bu səbəbdən Çingiz xanın ən kiçik oğlu Toluy və onun uşaqları dövlət daxilində birinci dərəcəli əhəmiyyətini itirməmişdilər. Göytürk dövlətində də “xalq törəsi” yəni “tao” deyilən anlayış güclü idi.

6) Tarix elmində “Translatio imperii”, yəni “keçid dövlət – hakimiyyət keçidi” deyilən anlayış var. Yəni, bir sülalə özünün bu və ya digər ərazidə rəsmi hakimliyini, varisliyini sübut etmək üçün özündən əvvəlki sülalə və ya dövlətin quruluşuna bağlayırdı. Ki, özlərini bu torpaqların sahibi və qanuni hakimi adını ala bilsinlər.

Nümunə: Məsələn, Qaraqoyunlu Qara Yusif hərbi gücü olmasına baxmayaraq şah ola bilməzdi. Çünki şah nəslindən deyildi. Xalq , o cümlədən əyanlar, nüfuzlu əsilzadələr onu şah kimi tanımayacaqdı. Bunun üçün Qara Yusif taktika işlətdi. Qaraqoyunlu Qara Yusifin özü dura – dura oğlu Pirbudağı taxta çıxarmasının səbəbi Pirbudağın Cəlairi hökmdarının oğulluğu olması idi. Həmçinin, Cəlairilər də özlərini Elxanilərin varisi (qohumluq, kürəkənlik, nəvəlik əlaqələri) sayırdılar. Elxanilər də təbii ki, Çingiz xanın soyundan gəlirdilər və monqolların davamçıları sayılırdı. Çingiz xan da Uyğur dövlətçilik ənənələrinə sadiq idi. Uyğurların da legitimliyi müəyyən mənada Göytürklərə, Göytürklər isə Qədim Hun dövlətinin varisləri idilər. Ancaq bunların çoxunda “dövlətçilik törəsi” anlayışı tam formalaşmadı. İndi təxmini varislik xətti ardıcıllığını bu cür qurmaq olar.

Qədim Hunlar ➖Göytürklər ➖Uyğurlar ➖Monqollar ➖Elxanilər ➖Cəlairilər ➖Qaraqoyunlular

6) İndi bu teoremləri əsas tutaraq niyə “Səfəvi İran höküməti adlanır” sualına keçək.

🔸 TÜRKLÜK , İRANLILIQ etnik kimlik deyil, TÜRKLÜK kültürün – mədəniyyətin nəticəsidir ,elə bu səbəbdən də ,Səfəvi bu baxımdan iranlıdır ,100 dəfə “Səfəvilər türk olub” deməyin heç bir mənası yoxdur.

🔸 Əhməd bəy Ağaoğlu deyir ki,gəlin kimlikdə əsas dili götürək ,kültürü yox,o deyirdi ki,fars və ərəb kültürünü atıb qərb kültürünü de götürə bilərik ,əsas olan dildir. İndi gəlin baxaq :

A) Səfəvidə dövlət dili olaraq Türk dili varmı,yoxdur!! bütün dövlət – kargüzarlıq işləri farscadır,Səfəvidə türk dili sadəcə sarayda,orduda ünsiyyət dili idi.

B) Dini baxımdan Səfəviyyət Türk dünyasını bütünləşdirməyən,İran qaynaqlı məzhəbi seçmiş, İranda yaşayan o zamankı türkləri digər bütün türklərdən dini – ideoloji yöndən ayırmışdır.

C) Ədəbiyyata qaldıqda Şah İsmayılın türkcə bir əsərindən başqa heç bir əsər yoxdur,237 illik Səfəvidə Türk dilində ədəbiyyat yoxdur

D) Gələk geyimə ,Səfəvidən öncə Türkmənlər, Mərkəzi Asiya türkləri Türk geyimlərindən istifadə edirdi,Səfəvilər də Türkmən başlıqlarını çıxardaraq 12 imamın rəmzi kimi qırmızı başlıqlar qoymağa başladılar.

E) Geyim də bir mədəniyyətdir ,kültürdür ,tarixə baxdığımız zaman bir türkü geyimindən də tanımaq mümkündür,çünki o geyimdə Türk millətinin fəlsəfəsini əks etdirir,necə ki,xalçaçılıq sənətində olduğu kimi

Ç) Sənət də önəmlidir ,yaradılan bütün abidələr də bir millətin fəlsəfəsini müəyyən edir. Səfəvilər İran memarlıq abidələri, iranlı ideologiyasına xas tikinti işləri apardılar.

Z) Musiqi də kültürün tərkib hissəsidir ,məsələn indi türkləşmiş Muğam Türk musiqisi deyil,Türk millətinin musiqi alətləri də bəllidir

V) Gələk “translatio imperii” (hakimiyyət keçidi) anlayışına. Səfəvidən öncə bütün Türkler özünü Oğuznaməyə və Türküstana bağlayırdı,Səfəvilər isə özünü Şahnamə və İmamətə bağlamışdır. Şahnamə isə İran dövlətçiliyin ədəbi simvoludur. Şah Abbas da özünü qədim İran şahlarına bənzədirdi.

G) Eyni addımı Şirvanşahlar da etmişdilər. Şirvan hakimləri ərəbsoylu olmağına baxmayaraq Sasani əsilzadələri ilə evlənərək İran dövlətçilik ənənələrini bərpa etdilər. Yəni özlərini Əhəməni – Sasani (İran) xəttinin ideoloji varisləri hesab edirdilər. Memarlıq və mədəniyyət də İran mədəniyyətini təmsil edirdi.

7) Gördüyünüz kimi bütün etibarlı sənədləri, mənbələri kənara qoyaraq bəsit məntiqlərlə çözmək olur ki, Səfəvi İran dövlətidir. Fikirlərinizi rəydə bölüşə bilərsiniz.

Rəhim Əfəndi

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP