Hadı Rəcəblinin görüşünə getməsək, bizi işdən çıxaracaqlar: müəllimlər zorla avtobuslara mindirilərək görüşə aparılırlar

“Lənkəran rayonunda deputatlığa namizədlərin seçiciləri ilə görüşünə müdaxilələr var”.

TolishMedia informasiya agentliyi xəbər verir ki, bu sözləri 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən namizədliyini irəli sürmüş Bakı Dövlət Universitetinin professoru, elmlər doktoru Nəsrulla Məmmədov bildirib.

“Hadı  Rəcəbli Girdənli kənd “Royal” şadlıq sarayında seçiciləri ilə görüş təşkil edib. İcra nümayəndələri, bələdiyyələr, seçki məcəlləsinə zidd olaraq seçki mətəqələrinin sədrləri, onların üzvləri, müəllimlər zorla avtobuslara mindirilərək görüşə aparılırlar. Hətta onlara hədə-qorxu gəlinir ki, görüşə gəlməsələr işdən azad ediləcəklər.  Bəzi yoldaşlar gəlib məndən üzrxahlıq edib gedirlər. Bildirirlər ki, sizi dəstəkləyirik, amma Hadı Rəcəblinin görüşünə getməsək, bizi işdən çıxaracaqlar”, deyə namizəd bildirib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP