Ziyafət Əsgərova şikayət etmiş talış əsilli Lənkəran sakini həbs edilib

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, deputatlığa namizəd Ziyafət Əsgərova şikayət etmiş talış əsilli Lənkəran sakini həbs edilib və zorakılığa məruz qalıb, talış olduğuna görə təhqirə məruz qalıb.

Sahağacı kənd sakini Əsədov Fəyaz Mehdi oğlu Ziyafət Əsgərovla görüşdə evində baş verən oğurluq hadisəsinin iki aydır polis tərəfindən araşdırılmadığı ilə bağlı şikayət edib. Oğrunu da tanıdığını deyib.

Bu hadisədən sonra polislər Əsədovun evinə gəlib və ailəsinə hədə-qorxu gələrək onu evdən aparıblar. Əsədova qarşı talışları təhqir edən kəlimələr istifadə edilib, daha sonra isə 10 sutka həbs cəzası verilib və zorakılıq göstərilib.

Fəqan Azadəliyev ötən ilin noyabr ayında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) rəisi vəzifəsinə təyin edilib və bu hadisədən sonra yerli əhaliyə qarşı etnik ayrıseçkilik, diskriminasiya başlayıb.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP