Türkiyədə Mübariz Mənsimovun barəsində cinayət işi qaldırılıb: İş adamı FETÖ təşkilatı ilə əlaqədə və casusluqda ittiham olunur

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı biznesmen, “Palmali Holding”in sahibi Mübariz Mənsimovun barəsində cinayət işi qaldırılıb. Onun Türkiyəni tərk etməsinə qadağa qoyulub. Mənsimov FETÖ təşkilatı ilə əlaqədə və casusluqda ittiham olunur. İş adamı ittihamların əsassız olduğunu bildirir.

TolishMedia informasiya agentliyi xəbər verir ki, bu barədə Mənsimovun özü Facebook səhifəsindən bildirib. O, barəsində irəli sürülən ittihamları “yalan” adlandırır və bildirir ki, yüksək məhkəməyə müraciət edib. Hərçənd cinayət işinin və ittihamın təfərrüatları barədə məlumat verməyib.

M.Mənsimovun müraciətindən belə anlaşılır ki, ona qarşı ifadə verənlər arasında “Palmali” şirkətinin keçmiş əməkdaşları, o cümlədən Azərbaycan vətəndaşları da var.

Mənsimovun barəsində cinayət işinin qaldırılmasına onun müraciətinə əsasən bəzi Türkiyə KİV-ləri də yer veriblər.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP