Talış fəal Lerik rayonun İcra başçısına: “Cavab verməli olacaqsınız”

Lerik rayonunda “deputat ” İqbal Məmmədovun təbliğat təşviqat kampaniyasını aparanların 95%i Lerik rayon İcra hakimiyyətinin başçısı və onun tabeilliyində olan işçiləri olub.

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Facebook” sosial şəbəkəsinin talış sektorunda fəal bir istifadəçı xəbər verib.

Onun sözlərinə görə, hətta bəziləri qapı qapı düşüb camaatı qorxudaraq, əyər İqbal Məmmədova səs verməsən pensiyanı kəsərlər, işdən qovarlar və s.hədə qorxu gələrək təxribat işləri ilə məşğul olublar.

“Mən burdan Lerik rayon İcra hakimiyyətinin başçısı və onun işçilərinə demək istəyirəm ki bu cür hərəkətlərə cavab verməli olacaqsınız. O cümlədən müəllimlərə bu cür hədə qorxu gəlməklə seçkini saxtalaşdırmağa onlara kömək etməyi tələb ediblər” – deyə talış istifadəçı bildirib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP