Hadı Rəcəblinin nəticələri ləğv edildi

TolishMedia informasiya agentliyinə etibarlı mənbədən daxil olunmuş məlumata görə 74 saylı Lənkəran seçki dairəsindən seçilmiş Hadı Rəcəblinin nəticələri ləğv edilib.

Bildirilir ki, MSK-ya daxil olan şikayətlər əsasında bu deputatın seçki nəticələri ləğv edilib.

Qeyd edək ki, fevralın 9-u Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Deputat Hadi Rəcəbli 53,1 faizlə yenidən deputat seçilib.

Seçkilərdən bir neçə gün öncə Hadi Rəcəbli talış xalqını və seçicilərini təhqir  etmişdi. Əsasən talışların yaşadığı Lənkəran bölgəsindən namizədlərin irəli sürülməsi məsələsini müzakirə edən başqa bir parlament namizədi ilə söhbətlərin birində Rəcəbli “Talış axmaqdır” və “qoy mənim… yesinlər …”  deyərək  bəyan etmişdi.

 

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP