DƏDƏ QORQUD DASTANINDA OLAN BEYRƏK SÖZÜNÜN MƏNASI NƏDİR?

1)Qorqudşünaslıqda «Baybörə oğlu Bamsı Beyrək» modelinin Beyrək adının «balaca qurd » mənasında olmasını professor Samət Əlizadə dəqiqləşdirib

2) Beyrək//Beryek (börüyək
– balaca qurd). Orxon – Yenisey abidələrində işlənən «Çoçuk böri sənün » antroponomik modelinin «Çoçuk Böri» hissəsi də balaca qurd mənasındadır. Deməli, eyni semantik tutuma malik antroponimlər müxtəlif formalarda işlənib , daha doğrusu , «çoçuk» apelyativinin funksiyası böri sözündən sonra işlənən şəkilçi morfemi ilə ifadə olunub: Çoçuk Böri (Balaca qurd) – Beyrək (balaca qurd).

3) Türkoloji araşdırmalarda göstərilir ki , Krım karaimlərinin 12-ci əsrə aid qəbir daşlarının üzərində Çalböri , Börücük (balaca qurd) kimi adlar işlənib.

4) Qırğızların “Manas” dastanında rast gəlinən «Börinin ulu Böriçi» antroponomik modeli də forma və semantika baxımından əvvəlki bəndlərdə qeyd etdiyimiz antroponimlər ilə bağlıdır.

5) Yekunda bütün bunlar göstərir ki, həmin antroponomik modellərin semantik yükü türk poetik təfəkküründən süzülüb gələn “Qurd balası qurd olar” məsəli ilə səsləşir.

6) Yuxarıda verilən bu məlumatlar Əzizxan Tanrıverdinin “Azərbaycan dilinin tarixi qrammatikası” əsərindən götürülmüşdür.

6) Türk mifologiyasında göy rənginin müqəddəsliyi haqqında olan postumuzu aşağıdakı link vasitəsilə baxa bilərsiniz .

7) Türk mifologiyasında “Ata öldürmək məsələsi” haqqında olan postumuzu aşağıdakı link vasitəsilə daxil olub nəzər salın. Sonuncu hər iki bənddəki araşdırma professor Bahəddin Ögələ aiddir.

Rəhim Əfəndi

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP