Prezident Ələkrəm Hümmətov 3 günlük matəm elan edib.

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, TMMR-prezdenti Ələkrəm Hümmətov və TMMR Mühacir Hökmətin baş naziri Rəhim Mirzayev Talış Milli Hərəkatının üzvü Əli İbadovon vəfatı ilə bağlı birgə bəyanat yayıb və 3 günlük matəm elan ediblər.

TMMR və TMMR MH rəhbərlərinin birgə bəyanatı oxucularımıza təqdim edirik:

“Talış Milli Hərəkatının və Talış Muğan Muxtar Respublikası Mühacir hökümətinin, dəyərli ictimai-siyasi, elm xadimi Əli İbadovon qəfil, vaxtsız itkisi ilə əlaqədar Xalqa

MÜRACİƏT- XAHİŞNAMƏSİ:

Tanınmış hüquqşünas, iqtisadçı alim, Rusiya Federasiyası Primorsk Diyar Sovetinin sabiq deputatı və Primorsk diyarı üzrə Azərbaycan Diasporasının rəhbəri olmuş, üzləşdiyi həyati acılardan ABŞ-a köçən, fədakar soydaşımız, Astaranın Ərçivan kəndində dünyaya göz açmış (8.12.1963), xalqının ictimai-siyasi və sosial hüquqlarının fədakar müdafiəçisi,- Əli Mirzə oğlu İbadov, qəflətən, ürək tutmasından vəfat etmişdir.

Bu ağır itki ilə bağlı, soydaşlarımıza, bütövlükdə Xalqımıza, onu tanıyıb dəyərləndirənlərə və mərhumun doğmalarına dərin hüzünlə başsağlığı veririk. Başın sağ olsun Talış xalqı, başın sağ olsun Talışıstan!

TMH və TMMR-nın mühacir höküməti, böyük şəxsiyyət, dəyərli ziyalı, fədakar insan Əli Ibadovun vaxtsız vəfatı ilə bağlı 3 günlük matəm elan edir. Allah rəhmət eləsin. Xıdo rəhmət bıko, vırəj vəyşt bıbo!

TMMR-prezdenti
Ələkrəm Hümmətov .

TMMR Mühacir Hökmətin baş naziri ,
Rəhim Mirzayev .”

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP