Ataxan Əbilov 76 saylı Lənkəran-Astara seçki dairəsinin nəticələrini ləğv etməsini tələb edir

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, Avropada siyasi mühacir həyatı yaşayan talış hüqüq müdafiəçisi, ATİŞ həmsədri Ataxan Abilov “Facebook” sosial şəbəkəsinin öz səhifəsində 76 saylı Lənkəran-Astara seçki dairəsində təzyiqə və fiziki zorakılığa məruz qalanların  siyahısını Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun diqqətinə çatdırıb və ondan 76 saylı Lənkəran-Astara seçki dairəsinin nəticələrini ləğv etməsini tələb edib.

Məzahir Pənahov, ləğv et!
76 saylı Lənkəran-Astara seçki dairəsində təzyiqə və fiziki zorakılığa məruz qalanlar:
1. Rüfət Əliyev – Xalid Bağırovun səlahiyyətli nümayəndəsi;
2. Kamran Məmmədli – Xalid Bağırovun məşvərətçi səs hüquqlu şəxsi;
3. Zhala Maryam – Xalid Bağırovun məşvərətçi səs hüquqlu şəxsi;
4. Khanim Mustafayeva – Xalid Bağırovub müşahidəçisi – jurnalist;
5. Əbülfət Baxşəli – jurnalist, Toplum.tv və arqument.az-ın əməkdaşı;
6. Elməddin Şamilzadə – müşahidəçi – jurnalist. Telefonu və əşyaları müsadirə edilib;
8. Baba Memmedli – Xalid Bağırovun səlahiyyətli nümayəndəsi;
9. Nurlan Mikayılov – Məşvərətçi səs hüquqlu şəxs;
10. Nəriman Abdulla – Məşvərətçi səs hüquqlu şəxs;
11. Kamal Zahirov – Məşvərətçi səs hüquqlu şəxs.” – deyə ATİŞ həmsədri bildirib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP