Talış Geosiyasi Araşdırmalar Mərkəzinin növbəti müraciəti

(Talışların milli mübarizəsi yeni mərhələyə keçir).

Talış Geosiyasi Araşdırmalar Mərkəzinin növbəti müraciətini sizə təqdim edririk.

Bildiyiniz kimi Cənubi Qafqazda mühüm hadisələr baş verdi. Azərbaycan ordusu Dağlıq Qarabağda genişmiqyaslı uğurlu hərbi əməliyyatlar keçirərək müharibədə qalib gəldi. 44 gün davam edən İkinci Qarabağ müharibəsi regionda geosiyasi vəziyyətin müəyyən qədər dəyişmәsi ilә nәticәlәndi. Lakin, bəzi rəsmi bəyanatlara baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi hələ də öz tam həllini tampadı. Amma yenə də ən müsbət tərəf odur ki, Qarabağın müsəlman əhalisi nəhayət bәrpa işlәri bitdikdәn sonra öz doğma yurduna, şəhər və kəndlərinə qayıda bilər.

Әlbәttә, biz çox arzu edirik ki, Azərbaycanın müxtəlif şәhәrlәrinә, rayon vә kəndlərinə səpələnmiş qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtsınlar. Eyni zamanda Bakının, Sumqayıtın və digər şəhərlərin köklü, yerli əhalisi də bunu çox arzulayır. Hamıdan çox isə bunu talışlar arzulayırlar. Bunun da səbəbləri var. Məsələn, Talış bölgəsində əhali sıxlığı onsuz da çox yüksəkdir, bundan başqa qaçqınlardan istifadə edərək Talış diyarının etnik mənzərəsini dəyişmək cəhdləri hamıya məlumdur. Yeri gəlmişkən onu da qeyd edək ki Talış diyarında əsas rəhbər iş yerlərinə də gəlmələri təyin edirlər, talışları yox.

Maraqlısı budur ki, müharibədə öndə gedən xüsusi təyinatlı qüvvələrin tərkibində çoxluq təşkil edən və ümumiyyətlə, döyüşən ordu sıralarında çoxlu sayda və müharibədə öndə olmaları gözdən qaçmayan talışlar qaçqınların torpaqlarının geri alınmasında müstəsna rol oynadılar. Talışlar hətta qarabağlılardan daha çox canfəşanlıq etdilər, necə ki, həmişə də belə olub. Bəzi adını çəkmək istəmədiyimiz rayonların nümayəndələrinin müharibədə səsləri belə gəlmədi, hətta səfərbərlikdən saxta “koronavirus” arayışından istifadə edib boyun qaçırdılar. Bu faktları müxtəlif mənbələrdən əldə etmişik. Yadınızdadırsa “rəhmətlik” ANS teleradio şirkətinin bir şüarı var idi, “Müharibə alnınıza yazılıb”. Deyəsən, o sözlər daha çox talışlara aid idi, nəinki bütövlüklə öndə vuruşmaları gərək olan qaçqınlara. İradlarımız əlbətdə ki, hamıya aid deyil…

Amma gözdən qaçmayan bir məqam da oldu. Qaçqınların üstünə bu dəfə naxçıvanlılar düşdü ki, “xeyir ola, biz Naxçıvandan gəlib Qarabağda döyüşdük, amma sizin səsiniz gəlmirdi”. “Hanı Zəngilan, hanı Cəbrayıl, hanı Kəlbəcər” və s. Talışlar abırlarını gözləyib susduğu halda, naxçıvanlılar ölkədə ən yağlı və mühüm vəzifələrdə oturmalarına və bu müstəqilliyin nemətlərindən ən çox bəhrələndiklərinə baxmayaraq, öz itkilərini qarabağlıların gözlərinə hələ uzun illər soxacaqlar və artıq başlayıblar da… Guya Naxçıvan olmasaydı qələbə də olmazdı. Ancaq özləri özlərini tərifləyirlər, başqalarını isə etibrasızlıqda və xəyanətdə ittiham edirlər, bu barədə açıq aşkar yazılar yazırlar. Amma talışlar bir söz desələr, etiraz etsələr, deyəcəklər ki, milləti bölməyin, bu vətən üçün hamı vuruşmalıdır, yəni sadə dildə desək, bizə hər nə olar, sizə isə yox.

Müharibə vaxtı Talış döyüşçülərinin yenidən məhşurlaşması da bunların gözündən qaçmadı. Talışlar haqqında Azərbaycanın digәr regionlarının nümayəndələrinin tərif dolu videoları, səs yazıları, statsusları sosial şəbəkələrdə, mesencerlərdə yayıldıqca, bunlar da özlərini səsli mәsajlar vasitəsilə tərifləməyə başladılar. Amma talışlarla naxçıvanlıların fərqi bu idi ki, talışları başqaları tərifləyirdi, talışların qəhrəmanlığı haqqında başqaları danışırdı, hətta bəzi Türkiyə KİV-ləri. Amma naxçıvanlılar haqqında ancaq özləri danışırdı.

Həqiqətən Naxçıvan Azərbaycanda elə bil müstəsna yer kimi qərar verilib, həm Muxtar Dövlətdir, amma heçkəs də buna separatçılıq demir. Hətta deyirdilər ki Rusiya qoşunları Qarabağa daxil olsa Naxçıvan Azərbaycandan ayrılacaq. Bu məsələ Naxçıvanda artıq gizli deyil. Əslində Naxçıvan çoxdan Türkiyənin nəzarətindədir, iqtisadi nöqteyi nəzərdən də Azərbaycan üçün ancaq xərcdir və heç bir gəlir gətirməyən yerdir. Naxçıvan elitası Azərbaycanda hər il əldəqayırma general istehsal edir, çünki əllərindədir, kimə istəyirlər, general adı verirlər! Ən mühüm vəzifələrdə də oturublar, amma yenə də kimlərisə özlərinə qarşı ədalətsizlikdə ittiham etməyə çalışırlar, hələ minnət də qoyurlar. Vallah, əcib-qərib yerdir… Hakimiyyət naxçıvanlılarda, biri Azərbaycanın başında Naxçıvan Muxtar Respublikası olmaqla, iki dövlət naxçıvanlılarda, milyardlar naxçıvanlılarda! Deməli, əslində elə Naxçıvan müharibə yükünü öz üzərinə götürüb ən çox şəhid verməli idi. Ammaçox danışmalarına baxmayaraq  bu belə olmadı. Hələ indiyədək Naxçıvandan olan heç bir şəhid siyahısı belə açıqlanmayıb, ortada gəzən rəqəmlər göydən götürülən rəqəmlərdir. Siyahı açıqlanansa belə o şəhid sayı hər halda Talış-Muğan bölgəsinin şəhid sayindan çox olması mümkün deyil. Amma hakimiyyət bölgüsünə gələndə görərsiniz ki, neçə naxçıvanlı nazir var, amma bir nəfər də olsun milliyətçə talış olan nazri yoxdur. Ümumiyyətlə, bir nömrəli vəzifələrdə nəinki naxçıvanlı qədər, heç ümumiyətlə talış yoxdur. Talış ancaq ordadır ki, orda müharibə var, vurub, öldürmək və ölmək var. Gəlin, biraz insaflı olaq, ədalətli olaq. Talışlar heç öz bölgələrində belə rəhbər vəzifələri tutmurlar.

Nəisə… Bu klan özü vaxtı ilə bu torpaqları iqtidara gəlmək üçün ermənilərə təhvil verib, indi də sadə bakılıların, şamaxılıların, gəncəlilərin, talışın, ləzginin, tatın, avarın, saxurun, kürdün və ümumiyyətlə, Azərbaycanın sadə xalqının qanı bahasına aldı. Və nəhayət, özləri də erməni ordusunun yerinə dünyanın ən güclü ordularından birini, Rusiya ordusunun Qarabağa girməsinə razılıq verməyə məcbur oldular. Necə deyərlər, qar yağdı nəcisin üstü örtüldü… Amma qar hökmən əriyəcək. Bunu unutmayın!

Hər halda biz Naxçıvanın sadə camaatına firavanlıq, inkişaf və rifah arzulayırıq. Sadə insanlar heçnə həll etmir, onların özləri də bu siyasətin qurbanlarıdır. Allah şəhidlərə rəhmət eləsin, istər talış, istər naxçıvanlı, istərsə də bakılı, ya da şamaxılı olsun. Allah bütün şəhidlərə rəhmət eləsin!

Belәlikә, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları arasında bəyannamə imzalandı, lakin bu bəyannamə çoxlu suallar doğurdu. Nə Azərbaycan əhalisi tam olaraq, nə də Ermənistan əhalisi bu sənəddən əbəttdəki razı qalmadı. Azərbaycanın və Ermənistanın razılığı ilə Dağlıq Qarabağ ərazisinə Rusiya sülhməramlıları daxil oldu. Dağlıq Qarabağın təxminəm 3 min kv. km ərazisi demək olar ki, Rusiya qoşunlarının nəzarəti altında qaldı. Və bu amil Dağlıq Qarabağın gələcək statusu barəsində sualları daha da kökləndirdi.

Onu da qeyd edək ki, Azərbaycanda əhalinin çox az bir hissəsi Rusiya ordusunun Qarabağa girməyni gözləyirdi. Çoxları üçün bu gözlənilməz və açıq desək, ona görə xoşagəlməz oldu ki, bu Dağlıq Qarabağın tamamilə ermənilərdən təmizlənməsinə mane oldu. Çünki çoxu elə düşünürdü ki, prezident İlham Əliyev vədə verdiyi kimi də edəcək, yəni Dağlıq Qarabağ ərazisi tamamilə ermənilərdən təmizlənəcək. Əhalinin düşündüyü isə elə bu idi, yəni Qarabağda bir nəfər belə erməni qalmamalıdır. Bəli, bu beynəlxalq hüquqa zidd olsa da, əhalinin әksәriyyәtinin arzusu bu idi ki, Qarabağda faktiki etnik təmizlənmə aparılsın. İnsanlar 1994-cü ildən bu yana 26 il qisas hissi ilə yaşayırdılar. Uzun illər ermənilər azərbaycanlılar üzərində qazandıqları qələbə ilə öyünürdülər və açıq desək, azərbaycanlıları alçaldırdılar. Bu həqiqətdir. Azərbaycanlılar milli travma ilə yaşayırdılar, milli natamamlıq komleksi yaranmışdı. Ona görə də, şüurlarda köklənmiş fikir bu idi ki, Qarabağ tamamilə ermənilərdən təmizlənməlidir. Rusiya qoşunlarının Dağlıq Qarabağa daxil olacağını prezident İlham Əliyev əlbətdə ki, bilirdi. Sadəcə, zamanı və vaxtı gəlib çatmalı idi.

Qərbyönlü və Türkiyə yönlü müxalifət prezident İlham Əliyevin bu addımını qətiyyətlə pislədi və hətta xəyanətlə bir sıraya qoydu. Düzünü desək, Azərbaycanda gözə görünən digər müxalifət heç yoxdur da…  Müxalifət düşünürdü ki, ölkəyə ancaq və ancaq Türkiyə Silahlı Qüvvələri daxil ola bilər. Azərbaycan şəhərlərində saysız hesabsız Türkiyə bayraqları da elə bil bunu bəyan edirdi. Bakı bir Türkiyə şəhərini xatırladırdı. Türkiyə bayraqları Talış bölgəsinin paytaxtı, Lənkəranda dalğalanırdı, hətta talışların evlərinə belə girmişdi.

Və baş verənlər bir sual doğururdu: Görəsən, Azərbaycan nə vaxt Türkiyənin tərkibinə girəcək? Bu artıq müstəqil dövlət deyil! Müharibə öncəsi Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələri ilə təlimi də ona işarə idi ki, Türkiyə ordusu artıq rəsmən Azərbaycanda qalacaq. Çünki bunun üçün elə dövlət tərəfindən Türkiyə səfirliyi önündə piketlər də təşkil edildi.

Əslində Rusiya qoşunları Dağlıq Qarabağa daha öncə hələ Ermənistan ordusu belə ağır məğlubiyyətə uğramadan da girə bilərdi. Və Dağlıq Qarabağın ərazisi tam olaraq ermənilərdə qalacaqdı. Lakin Nikol Paşinyan müharibənin ilk günlərində bu məsuliyyəti öz üstünə götürmədi. O, Rusiya prezidenti Vladimir Putinin təklifi ilə razılaşmadı. Nəticədə isə ağır itkilərə məruz qalan Ermənistan və erməni xalqı oldu. Müharibə təfərruatlarına keçməyəcəyik, çünki bu haqda çox yazılıb və deyilib.

Hal-hazırda Dağlıq Qarabağın Rusiya ordusunun nəzarəti altında olan hissəsində müxtəlif bərpa işləri gedir. Əsas müzakirə olunan məsələ isə Dağlıq Qarabağ ermənilərinin statusudur. Ermənilərə muxtariyyətin verilməsi isə Azərbaycan əhalisinin böyük hissəsi tərəfindən hələ ki, pis qarşılanır. Azərbaycan prezidenti İlham Əliyev də öz çıxışında əvvəl dedi ki, Dağlıq Qarabağ heç bir status almayacaq və sonra biraz düzəliş etdi və dedi “hələ ki, mən prezidentəm, status olmayacaq”. Yəni belə başa düşmək olar ki, Dağlıq Qarabağın statusu İlham Əliyevin prezidentiliyi ilə bağlıdır və gec-tez ermənilərə status verilə bilər.

Bundan başqa bəyyannamədə Dağlıq Qağarabağın statusu haqqında bəndin olmaması o demək deyil ki, bu haqda danışıqlar olmayacaq. Statusun olmaması barəsində də imzalanmış bəyannamədə heçnə deyilmir. Deməli, məsələ hələ axıradək həll olunmamış qalır. Rusiya rəsmiləri də ona işarə edirdilər ki, Dağlıq Qarabağın statusu hələ müzakirə və danışıq mövzusudur.

Ümumiyyətlə, Azərbaycanda başa düşməlidirlər ki, bir ərazidə etnik təmizlənmə ola bilməz. Ziyalılar, ağıllı adamlar bunu başa düşür və mövcud vəziyətlə razıdırlar. Dağlıq Qarabağda ermənilərin muxtariyyəti olubsa, ondan aşağı status ola da bilməz. Reallıq da budur ki, orada artıq Ermənistan ordusu deyil, dünyanın ən güclü ordusu, nüvə silahına sahib olan Rusiyanın ordusudur. O ordudur ki, ABŞ, Çin, Tükiyə kimi dövlətləri belə yer üzündən silməyə qadirdir.

Azərbaycan isə əksinsə bu haldan öz xeyrinə yararlana da bilər və reginonda tarazlaşmış siyasət apara bilər. Ola bilsin ki, İlham Əliyev bunu etməyə cəhd göstərsin və yaxud bunu imitasiya etsin. İmkan verəcəklərmi? Çətin…

Çünki o bilir ki,  regionda müharibənin yenidən qızışmasını istəyən qüvvələr var və ondan müəyyən tələbləri olacaq. Amma bu hadislər tez bir zamanda deyil, bir az sonra baş verə bilər. Yaxın vaxtlarda isə Azərbaycan və Ermənistan rəhbərliyi iki ölkә arasında münaqişənin tamamilə həll edilməsi ilə bağlı addımlar atacaq. Ermənistan və Azərbaycan arasında münasibətlərin düzəlmәsı müəyyən bir vaxtın məsələsidir. Ərdoğan Ermənistanı artıq yeni əməkdaşlıq platfomasına dəvət edib. Bu platformada 6 ölkə təmsil olunacaq: Rusiya, Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistan. Əgər Ermənistan razılıq verərsə… Ermənistan tərəfindən də müəyyən təkliflər gəlir, orda da əhali içində yavaş-yavaş Azərbaycanla və Türkiyə ilə yaxınlaşmaq siyasəti təbliğ olunur və getdikcә bu tәbliğat güclәnәcәk. Bu işlər məqsədyönlü görülür. Biz şübhə etmirik ki, burda İranın və Rusiyanın iştirakı sadəcə gözdən pərdə asmaq üçündür. Əslində sonda bir platforma üstündə iş gedəcək: Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan. Zərbə altılnda isə Rusiya və İranın maraqları olacaq. Çünki Türkiyə heç vaxt Rusiya və İranın maraqlarında bir iş görməz. Əgər Ermənistan bu proyektə girməsə ola bilsin ki yenidən müharibə başlasın. Burda artıq Ermənistanın öz əraziləri belə təhlükə altında ola bilər. Ermənistandan İran əleyhinə addımlar atmağı da tələb edəcəklər. İranın ən qatı düşmənləri Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan platformasının çox guman ki İslam Respublikasının əleyhinə qurur. İrana vurulan zərbə əslində Rusiyaya vurulan zərbədir, Rusiyaya vurulan zərbə isə İrana vurulan zərbədir. Bunlar hamısı baş verə bilər… Amma bu o demək deyil ki Rusiya və İran əks tədbirlər görməyəcək. Rusiyanı Dağlıq Qarabağa buraxmaqla elə düşünürlər ki rusları müəyyən bir dövr üçün də yatızdırdılar, Moskvada isə elə bil fikir yaradsınlar ki ruslar burda tamamilə qazandı, Azərbaycanda isə əhalini daha da şiddətli şəkildə Rusiya və İrana qarşı qoysunlar. Azərbaycanı Rusiya ilə açıq toqquşmaya və düşmənçiliyiə də sövq edə bilərlər ki eyni Gürcüstandakı vəziyyət yaransın. Rusiyanın Ermənistanda da dayaqlarını silkələmək istəyirlər. Ssenarilər müxtəlif ola  bilər.

Türkiyənin və onun arxasında duran Böyük Britaniyanın, İsrailin və Qərbin  müəyyən qüvvələrinin bütün strateji işləri, o cümlədən, Böyük Turan proyekti sonda Rusiya və İranın ziyanınadır və Rusiya ilə İranın strateji maraqları olan ərazilərə basqı üzərində qurulub. Bu qüvvələrin planına görə Rusiya və İran qeyri stabil zolaqla əhatə olunmalıdır və bu iki ölkə daxilində qeyri stabillik yaradılmalıdır. Hər iki ölkənin daxilində qeyd edtdiyimiz ölkələrlə əlaqəli olan xain qüvvələr, şəbəkələnmiş agentura və satın alınmış lobbiçilər destruktiv rol oynamalıdır və siyasətlərini Rusiya və İran maraqları ilə pərdələməlidirlər. Azərbaycan və Ermənistan isə bu siyasətlərdə sadəcə qurban verilə biləcək vasitədir.

Bəli elə Azərbaycan da bu qüvvələrin, o cümlədən, Türkiyənin siyasətindən zərər çəkə bilər. Türkiyə öz məqsədini Ərdoğanın Bakıda Qələbə Paradı zamanı göstərdi. Ərdoğanın Araz çayı barədə şeiri İran tərəfindən kəskin reaksiya ilə qarşılandı. İranın xarici işləri naziri Məhəmməd Cavad Zərif cavab olaraq, Tvitter səhifəsində yazdı ki, “Ərdoğanın Araz çayı ilə bağlı şeir oxuması İranın və Azərbaycanın daxili işlərinə qarışması deməkdir: Ərdoğana deməyiblər ki, onun Bakıda səhvən oxuduğu şeir Arazın şimalındakı bölgə və ərazilərin öz doğma ana yurdu olan İrandan zorla ayrılması haqqındadır. Görəsən o başa düşmədi ki, bununla da o Azərbaycan Respublikasının hakimiyyəti və müstəqilliyinin əleyhinə danışıb.  Heç kəs bizim əziz Azərbaycanımız haqqında belә danışa bilməz”. Sitatın sonu.

Bu sözlərdə bir neçə məna var. Lakin bəllidir ki, Ərdoğan bunu tam başqa məqsədlə deyib. İranın hökumət saytlarının yaydığı həmin tvitin ardınca bildirilir ki, “Araz çayı şeirində əsasən İran Azərbaycanının əhalisinə xitab olunur və türk dilində olan bu şeir separatçı pantürkistlərin simvollarından biri sayılır”.

Talış Geosiyasi Araşdırmalar Mərkəzi Ərdoğanın bu cür hoqqalarını alqışlayır. Çünki özü özünü və müttəfiqlərini ifşa edir. Artıq öz yaramaz lobbiləriniz vasitəsi ilə, rüşvətlər və hiylələr vasitəsilə aldadıb yatırtdığınız İran şiri və Rusiya ayısı oyanmaqdadır. Sizin İranda fəaliyyətdə olan xəyanətkar şəbəkəniz ifşa olunur. Sizin Rusiyada da yaratdığınız xəyanətkar şəbəkə də ifşa olunmaqdadır. Hər şey artıq göz önündədir. Artıq başqa yolunuz yoxdur, tələsirsiz, səhvlər edirsiz! Sonda isə elə bir vəziyyət yaranacaq ki Rusiya və İran güc tətbiq etməkdan başqa heç bir çarə görməyəcək. Burda isə artıq nə Türkiyə, nə də müttəfiqləri tab gətirə bilməyəcək.

Qələbə eyforiyası keçdikçə Azərbaycanda problemlər üzə çıxacaq və artıq çıxır! Necə ki, Türkiyə iqtisadi problemlər içində boğulur və buna görə də Böyük Briyaniya əlində bir əmrə tabe olan əsgərə çevrilib, eləcə də Azərbaycanda ciddi problemlər var. Öndə hələ iqtisadi problemlər var, koronavirusla bağlı ölkə rəhbərliyi yenidən sərt rejimə keçib və bu tədbirlər yenə iqtisadiyyata ağır zərbə vuracaq. Məxsusən də, bu rejimdən Talış bölgəsi yenə əziyyət çəkəcək.

Məlumdur ki, Azərbaycanda müxtəlif xalqlar yaşayırlar və onların içində ən çoxsaylısı talışlardır. Talışlar müharibə zamanı həmişə olduğu kimi vətəndaşı olduğu ölkəyə görə hamıdan öndə müharibəyə qoşuldu. Talışlar haqqında əfsanələr deyildi, bütün Azərbaycan talış qarşısında hörmətlə baş əydi. Talış faktoru müharibə zamanı bir daha özünü biruzə verdi. Buna qısqanclıqla yanaşanlar da oldu, istədilər  baş alıb gedən talışçılıq təbliğatını tarazdaşdırsınlar, amma müvəffəq olmadılar. Çünki müharibə zamanı talışlar heç gözlənilməyəyn şəkildə öz milli kimliyini qətiyyətlə ortaya qoydular. Onlar özlərinə “biz talışlarıq, biz Əhli-Beyt aşiqləriyik” deyirdilər. Videoçəkilişlərdən görünürdü ki, müharibədə tamamilə talışlardan ibarət bölüklər döyüşür. Bütün Azərbaycan talışların şücaətindən, qəhrəmanlıqlarından danışırdı. Bu da onu göstərir ki, talış milləti arasında aparılan dini və milli təbliğat öz bəhrəsini verir.

Bəs Azərbaycan və Qarabağ uğrunda döyüşən talışlar öz milli haqları uğrunda mübarizə aparmağa hazırdılarmı? Axı Azərbaycan uğrunda bu qədər şəhid verən millət, gərək bu dövlətdən öz milli, mədəni, sosial- siyasi hüquqlarını tәlәb etsin.

Bu müharibә bir sıra hәqiqәtlәri ortaya qoydu. 30 il әrzindә dövlәtin uşaq bağçasından tutmuş ali mәktәblәrә qәdәr, radio-televiziya kanallarından tutmuş internet saytlarına vә sosial şәbәkәlәrәdәk pantürkizm ideologiyasını tәbliğ etmәsinә baxmayaraq, imtahan saatında talışlar öz milli kimliklәrini ortaya qoydular vә müharibәdә talış olaraq döyüşdüklәrini coşqu ilә bәyan etdilәr. Bu da sübut etdi ki, Azәrbaycan iqtidarı әlindә olan bu qәdәr güc, maliyyә vә inzibati resursları sәrf etmәklә  talışın adına, dilinә, tarixinә, mәdәniyyәtinә qadağa qoysa da, talışların milli ruhunu öldürә bilmәyib. Talış min il qabaq olduğu kimi yenә cәngavәrdir vә lazım olan anda ayağa qalxa bilir. Qarabağda cәbhәnin hәr yerindә talışların әn öndә olması vә bunu nümayiş etdirmәlәri bir çoxlarının ürәyincә deyildi vә hәtta çoxlarını narahat edirdi. Televiziya ekranlarından yalnız türk әsgәrinin qәhrәmanlığının tәrәnnüm edilmәsi, türk әsgәrinә qoşulan mahnılar, hәtta bәzi rәsmi şәxslәrin türk әsgәrinin qalib gәldiyini bәyan etmәlәri göstәrdi ki, talışların Azәrbaycan dövlәti vә türk toplumu qarşısında sәdaqәtli davranışı әks tәrәf üçün heç bir әhәmiyyәt kәsb etmir. Bu isә çox tәәssüf doğurur vә talışları düşünmәyә mәcbur edir… Maraqlısı budur ki talışların qəhramnalığı önündə baş əyən insanların belə, talışlar üçün özünü idarə, muxtariyyət haqqını tanımaqları çətin məsələdir. Baxmayaraq ki talışlar bu qədər şəhid və yaralı verdilər, müharibədə cəngavər və qorxmaz olduqlarını sübut etdilər, Azərbaycan üçün canlarından belə keçməyə hazır olduqlarını göstərdlər, amma əvəzində nə görürük, nə eşidirik? “Qalib gələn türk əsgəri, türk ordusu, türklərin qələbəsi, sən qalib oldun türk”! Qələbə paradını isə “nə yaxşı ki türk doğulmuşam” şüarları ilə bitirirlər. Bakının mərkəzində “nə mutlu türkəm deyənə” şüarları ilə Türkiyə əsgərləri keçirsə, belə bir şüarla “nə yaxşı ki talış doğulmuşam” deyib milliyətçə talış olan əsgərlər keçə bilərlər? Azərbaycanda bu məlum səbəblərdən mümkün deyil. Sanki bu müharibədə türklərdən başqa heç kim döyüşməyib, yalnız türklər bu müharibədə döyüşüb və qalib gəlib, türklərdən başqa bu müharibədə heç kimin payı yoxdur, heç kim bu müharibəyə heç nə verməyib. Bu da onu göstərir ki, nə olursa olsun, talışlar bu dövlət vә qardaş dedikləri türk toplumu üçün canlarından da belə keçsələr, türk toplumu onu talış kimi qəbul etmir, onun veridyi qurbanların üstündən xətt çəkib susur və hər şeyi türklərin adına bağlayır.

Azərbaycanda Naxçıvan Muxtar Respublikasından başqa digər xalqlara Allahın və beynəlxalq hüququn haqq bildiyi muxtariyyət statsunu belə tanımaq istəmirlər. Ona görə də Dağlıq Qarabağda ermənilər üçün hər hansı bir statusun verilməsinə pis yanaşırlar. Lakin hadisələr ona doğru gedir ki, ya Rusiya ordusunun nəzarətində olan Qarabağ əraziləri ən azından muxtariyyət almalıdır, ya da ki, Azərbaycan bu ərazilərdən imtina etməlidir. Amma inandıraq sizi, Rusiya nəzarətində qalmış Dağlıq Qarabağ ərazisindən imtina etmәyә razı olarlar, tәki talışların muxtariyyət haqlarını tanımasınlar.

Azərbaycanda müxtəlifət təbəqələr, eləcə də, iqtidar başa düşür ki, ermənilərə status verilsə, onda Azərbaycanda yaşayan yerli xalqlara da həmin statusun eynisi verilməlidir. Və iqtidarın, pantürk ideoloqların ən böyük baş ağrısı, erməni, ləzgi, avar, saxur, tat deyil, onlar üçün ən böyük problem, ən azı 1,5 (bir milyon yarım) milyon sayı olan, Azərbaycanda sayca ikinci ən böyük xalq olan talışlardır. Qeyd edək ki dünyada talışların sayı 4 milyondan çoxdur.

Heç şübhə etməyin ki, məhz talışların çox olması, böyük potensialı olması digər xalqlara statusun verilməsini əngəlləyir. Müharibəbə çoxlu sayda şəhid verən, yaşadıqları ölkəyə sədaqətini göstərən talışlar nə etsələr dә öz haqları olan muxtariyyəttə indiyədək nail ola bilməyiblər, daha doğrusu, onu bərpa edə bilmәyiblər.

Əslində, Talış Muxtariyyətinin bərpası heç də ermənilərin Qarabağda alacaqları və yaxud almayacaqları statsusdan asılı deyil. Ümumiyyətlə, talış milli hərəkatı belə yanaşmanı qəbul etmir və talışların milli maraqlarını, muxtariyyətin alınmasını hansısa digər xalqlara aid olan proseslərə bağlamır. Bu haqq Allahın ədaləti ilə, Talışın dövlətçilik tarixi ilə, beynəlxalq və hətta Azərbaycan Konstitusiyası ilə qanuna əsaslanır. Azərbaycan dövləti Moldovada Qaqauz Muxtariyyətini dəstəkləyirsə, deməli öz ərazisində olan və qaqauzlardan ən azı 10 dəfə çox olan talışların muxtariyyətini də dəstəkləməlidir və bu təşəbbüsü hətta öz əlinə almalıdır. Nәticәdә Azərbaycan Respublikası bundan ancaq udar. Lakin Azərbaycanda ədalətsiz, ayrı-seçkilik siyasəti aparan, məzmunca separatçı, faşist, pantürk iqtidar və onlara dəstək verən toplum çox çətin ki, belə formaca inqilabi, mahiyyәtcә sivil yola qədəm qoysunlar.

Onu da qeyd edək ki, Azərbaycanda talışların bu haqqını tanımağa hazır olan adamlar da var, hələ ki çoxluq tәşkil etmәsәlәr dә, amma var. Lakin onlar da söz deməyə qorxurlar. Talışın ziyalısı Fəxrəddin Abbaszadənin həbsxanada qətli də ona işarədir ki, Azərbaycanda talışlarla düşmənçilik edən qüvvələr dövlət başındadır. Onu məhz Şuşanın alınması günü qətlə yetirdilər və bunu simvolik olaraq guya talış milli hərəkatın üzrəində olan qələbələrini kimi təqdim etdilər. Adını da qoydular ki, Şuşanın alınmasını eşidib, intihar edib. Ümumiyyətlə, bu müharibə Talışa nə verdi, nəyi göstərdi, biz bu haqda bir qədər izah tdik. Belə olan halda talışlar nə etməlidir?

Ümumilikdə talış milli hərəkatı öz mübarizəsini davam etdirir. Cənubi Qafqazda baş verən hadisələr talış millətinin mübarizəsinə mənfi təsir etməyəcək, əksinə müsbət təsir edəcək və talış millətini öz hədəfinə çatdıracaq. Elə müharibə zamanı oktyabrın 17-də Moskvada Talış Federal Milli Mədəni Muxtariyyətinin qurultayı keçirildi. Bu talışlar üçün tarixi hadisə oldu. Belə bir iri təşkilatın yaradılması ona işarədir ki, talış milli hərəkatın əsas qollarından biri mübarizənin yeni mərhələsinə keçir. Bu o deməkdir ki, Rusiya kimi dövlət talışları ayrıca bir millət kimi tanıyır və bu ölkənin ərazisində talışların sözünü dövlət səviyyəsində deyən yeganə rəsmi təşkilat da elə Talış Federal Milli Mədəni Muxtariyyətidir. Heç kəs deyə bilməz ki “siz kimsiz talışların adından danışırsınız”. Bunu deyən belə cavab alar: “Talış Federal Milli Mədəni Muxtariyyəti Rusiyada və Azərbaycanda yaşayan talışların sözünü çatdıran, dövlət tərəfindən tanınan yeganə təşkilatdır. Bundan başqa bu təşkilatın Rusiya kimi nəhəng ölkəndə olması talışların səsini dünya miqyasına çatdırılması deməkdir”. Ona görə də milli haqlar uğrunda mübarizə daha üstün mərhələyə keçir. Beləki, Rusiyada yaşayan yüz minlərlə talışın ailə üzvləri həm də Azərbaycanda yaşayır və belə ailələrin Rusiya vətəndaşlığı da var. Bütün MDB məkanında yaşayan talışlar Talış Federal Milli Mədəni Muxtariyyətinin fəaliyyət dairəsində olacaq. Biz hadisələrin hansı məcrada cərəyan edəcəyini indidən demək istəmirik. Belə məqsəd də qoymamışıq. Lakin onu deyə bilərik ki, SSRİ-nin varisi olan Rusiyada fəaliyyətdə olan Talış Federal Milli Mədəni Muxtariyyəti Allahın izni ilə ümumiyyətlə talışlar üçün mühüm rol oynamalıdır. Cənubi Qafqazda baş verən hadisələr çox ciddi proseslərə təkan verdi,  bu proseslərin içində mütləq talışların müstəsna yeri olacaq. Qarşıdan gələn 2021-ci il mühüm hadisələr ili ola bilər. Və qarşıdan gələn bu il münasibətilə biz bütün Talış millətini və eləcə də, Azərbaycan xalqını təbrik edirik və çətinliklərə qalib gəlmələrini Allahdan istəyirik!

 

Talış Geosiyasi Araşdırmalar Mərkəzi,

Allah amanında!

 

Go to TOP