Azərbaycanda ədalət mühakiməsi varmı?

Son günlər sosial şəbəkələrdə azər-türk bloqerlər Rusiyanın Dağlıq Qarabağda öz Prokurluğunun şöbəsini yaratmaq niyyətindən xəbər verib, bunu Azərbaycanın dövlət suverenliyinə qəsd kimi qiymətləndirirlər. Amma KİV-nin verdiyi məlumatlarda Arsax Respublikasının prezidenti Araik Arutunyanın Rusiyanın Cənub Hərbi Dairəsi prokurorunun müavini, Rusiya sülhməramlıları heyəti rəhbərliyinin üzvü Dmitri Şuvarkinlə görüşü , bölgədə humanitar məsələləri onunla müzakirə etməsindən başqa bir xəbərə rast gəlinmədi. Görünür Azərbaycan yuzerləri məhz bu xəbərdən narahat olub onu Azərbaycan dövlətçiliyinə qəsd kimi qiymətləndiriblər. Onlar həm də  tələb edirdilər ki, bu ərazi Azərbaycanın olduğuna görə orada Azərbaycan Respublikası Baş prokurorluğunun şöbəsi yaradılmalıdır.

İndi gəlin təsəvvür edək, onların bu arzusu baş tutdu, orada Azərbayçanın ədliyyə orqanlarının şöbələri yaradıldı. Vəziyyət necə olacaq? Etiraf edək ki, Azərbaycanın özündə hüquq müdafiə orqanları əhalinin başına olmazın müsibətlər gətirirlər. Ölkədə dövlət səviyyəsində, dövlət başçısının rəhbərliyi altında qatı ermənifobiya siyasətinin getdiyi bir vaxtda Qarabağ ermənilərinin taleyini hətta öz millət və dinindən olan vətəndaşlarına qarşı bu qədər və amansız siyasət aparan bir dövlətin ədliyyə orqanlarının ixtiyarına buraxmaq mümkündürmü?

Gəlin belə bir suala cavab axtaraq: Azərbaycanda ədalət mühakiməsi mövcuddurmu? Bu müstəqillik dövründə həmin dövlət orqanlarının ölkə vətəndaşlarına qarşı törətdikləri saysız hesabsız cinayət hərəkətləri, ən əsası isə indiyədək həmin hərəkəti törədənlərin cəzasız qalması və bu cür siyasətin hələ də davam etməsi aşkar göstərir ki, məmləkətdə belə bir sistem yoxdur, mövcud təşkilatlar isə  öz vəzifə borclarının yerinə yetirmirlər. Fikrimi əsasılandırmaq üçün saysız-hesabsız faktlardan bir necəsini misal gətirək.

– Mütəllibovun dövründə “Azərnəşrin” direktoru Xanbabayev qətl olundu, qatili tapılsa da mühakimə olunmadı;

-hökumət üzvlərinin ucduğu vertolyot Qarabağda vuruldu, bu qəza təhqiq olunmadı, cinayətkarların taplımasına təşəbbüs göstərilmədi;

– Xocalı cinayətinin araşdırılması üçün təhqiqat qrupu yaradıldı, lakin Mütəllibovun devrilməsi, hakimiyyətin AXC-Musavatın əlinə keçməsindən sonra təhqiqat dayandırıldı, Heydər Əliyev isə hakimiyyətə gələndən sonra bu iş, təhqiqat qrupu ilə birgə ləğv edildi. Niyə?

– Xocalı qırğınını lentə çəkib yaymış jurnalist Cingiz Mustafayev öldürüldü. Bu cinayət əməli də, buna bənzər digər işlər kimi araşdırılmadı;

– Lacın, Şuşa, Kəlbəcər və daha 4 rayon döyüşsüz təhvil verildi, indiyədək bu işdə günahı olanlara qarşı heç bir cinayət işi açılmayıb.

Cəbhəci qaraguruh hakimiyyəti ələ keçirən kimi Talışıstana qarətkar yürüş təşkil etdi. Bu qatı cinayət əməli indiyədək təhqiq ediməyib.

– onların hakimiyyətdə olduğu 1 illik dövrdə törətdikləri yüzlərlə cinayət əməlləri Heydər Əliyev hokuməti tərəfindən araşdırılmadı. Niyə?

Sadaladığım bu əməllərdə siyasi motivlər var, haqlı olaraq deyə bilərsiz ki, bu səbəbdən araşdırılmayıb. Onda keçək vətəndaşlara qarşı baş vermiş sırf mülki cinayət tərkibli işlərə.

Heydər Əliyevin ölümündən sonra Daxili İşlər nazirinin müavini Hacı Məmmədovun dəstəsi ifşa olnudu. Onun qarət etdiyi, öldürdüyü vətəndaşlara dövlət bəraət verməli, və kompensasiya ödəməli idi. Ödəmədi, və bəraət vermədi.

– MTN tərkibində də belə bir cinayətkar dəstə mövcud imiş. İlham Əliyevin hakimiyyətdə olduğu 14 il boyu minlərlə vətəndaşlara divan tutulmuş, qarət edilmiş, mülkləri, var-dövlətləri əllərindən alınmışdı. Həmin dəstə ifşa olundu. Dövlət özünün bu mühüm orqanının əhaliyə vurduğu ziyanı ödədimi, repressiya edilmişlərə bəraət verdimi?

– bu cinayətkar orqanın divan tutub öldürdüyü talış alimi Növruzəli Məmmədov və 2 oğluna bəraət verildimi? Xeyr.

– yeri gəlmişkən Azərbaycan dövlətinin talış ziyalılarına qarşı belə bir repressiya siyasəti indi də davam edir. Keçən il digər talış alimi Fəxrəddin Abbaszadə siyasi fəaliyyətinə görə uzunmüddətli həbs cəzasına məhkum edildi və həbsxanada öldürüldü. İlkin olaraq Respublika Prokurorluğu onun ölümünə dair təhqiqata başladığını elan etsə də , indiyədək onun gedişi barəsində hətta məhrumun ailəsinə belə heç bir məlumat verilməyib. Digər talış siyasi fəali Aslan Qurbanov  da uydurma ittihamlarla cinayət məsuliyyətinə cəlb edilib, onu da uzunmüddətli azadlıqdan məhrumedilmə cəzası gözləyir.

Başqa faktlara müraciət edək:

– bir müstəntiq 4 nəfərin ölümünə bais olan avtomobil qəzası törədib və 8 il yarımlıq müddətə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi isə ona tam bəraət verib, və Ali Məhkəmə bu bəraət hökmünü təsdiq edib;

– bir direktor rəhbərlik etdiyi məktəbin müəllimlərinin adına xeyli miqdarda kredit götürüb həmin məbləği müəllimlərə ödəməyi məcbur edir. Zərərçəkənlərin şikayətinə baxan məhkəmə həmin dələduz direktora 2 il şərti cəza təyin edərək onu azadlığa buraxır;

– məhkəmə insan alveri kimi ağır cinayətdə təqsiri sübut olunmuş 2 şəxsə 8 il iş kəsib. Amma 2 illik sınaq müddəti ilə azadlığa buraxıb;

-saxta diplom satmaqda və dələduzluq yolu ilə vətəndaşların 1 milyon manata qədər pulunu mənimsəyən institut rektoru şərti cəza hökmü ilə azadlığa buraxılıb;

Azərbaycan ədliyyə sistemində baş tutan bu cür faktların sayı hesabı yoxdür. Heç də təsadüf deyildir ki, Azərbaycan əhalinin sayına nisbətdə Avropa İnsan Haqları Məhkəməsinə edilən şikayətlərin sayına görə birinci yeri tutur.

Belə olan vəziyyətdə Qarabağ ermənilərinin taleyini sivil dövlətçilikdən uzaq,  ibtidai icma dövrünün mağara təfəkkürü ilə yaşayan bir tayfaya etibar etmək olarmı? Təbii ki, dünya ictimayəti Azərbaycanda olan belə bir acınacaqlı vəziyyətdən xəbərdardır. İkinci Qarabağ müharibəsində Azərbaycan əsgərlərinin Arsax Respublikasının dinc sakinlərinə İŞİD terrorçularından da amansız divan tütdüqlarına dair çoxsaylı faktlar bəşəriyyətin tamamən Qarabağ ermənilərin mübarizəsini haqq bilb ona tərəf çıxmalarına səbəb oldu. Məhz Azərbaycanda hakim tayfanın hətta öz xalqına qarşı apardığı vəhşi siyasət Qarabağ ermənilərinin Azərbaycandan ayrılıb öz müstəqil dövlətini yaratmaq mübarizəsini leqetimləşdirib. Həm də bu tayfa dövlətinin tərkibində yaşayan digər xalqların gələcəkdə baş verəcək azadlıq mübarizəsinə haqq qazandırıb.

Tofiq Cəlilov

 

 

 

Go to TOP