AXDP – nin Bakı səhəri, Sabunçu rayonun özəyi yaradıldı

Aprelin 13 də Bakıda Azərbaycan Xalq Demokrat Partiyasının Sabunçu şəhərinin özəyi yaradılıb. Bu barədə özünü facebook səhifəsində məlum partiyanın yaradıcılarından biri olan, talış fəalı Mehdibəy Səfərov belə yazmışdır: Bu gün, Azərbaycan Xalqlarının Demokratik Partiyasının (AXDP) Sabunçu rayon Komitəsinin təsis yığıncağı keçirilmişdir. Yığıncağın işində “AXDP qurultayaqədər təşkilat məsələləri üzrə sədri Seyidəmir Məmmədov, sədrin müavinləri və Siyasi Şura (SŞ) üzvləri Saday Nəciyev, Oqtay Əsgərov və Mehdibəy Səfərov iştirak etdilər. Yığıncağın gündəliyində iki məsələ;

1. Təşkilati, 2. Cari məsələlər qoyulmuşdur. Bakı şəhəri Sabunçu rayon sakini Məmmədov Ağakərim Əjdər oğlu AXDP Sabunçu rayon komitəsinin sədri, gənc fəal Əsgərzadə Kamal Oqtay oğlu katibi seçilmişlər. Cari məsələlər ətrafında partiya fəalları İnqilab Əsgərov, Mərahim Sadıqlı və başqaları təklif və çıxışlar etdilər”.

Xatırladaq ki, təribən bir ay şncə AXDP – ni Lənkəran şöbəsi yaradılmışdır. AXDP rəhbərliyi partiyanın Talışstanın və həm də bütün talışlar yaşayan yerlərdə özəklərinin yaradılması planları var.

Lənkəran – Bakı – Sabunçu.

Sərdar Bunyadov.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP