Tat ziyalı: Hakimiyyət neçə gündür xaricdə olan Korona şübhəli vətəndaşları Talış zonasına yerləşdirir. Niyə?

Milliyətcə tat olan ziyalı bir istifədəçi “Facebook” sosial şəbəkəsinin öz səhifəsində koronalı xəstələrinin Talış məntəqəsinə daşımasının əsas səbəblərinə toxunub yazır:

Hakimiyyət neçə gündür xaricdə olan Korona şübhəli vətəndaşları Talış zonasına yerləşdirir. Biz, 2 gündür Talış zonası xalqının bizə verdiyi sualı təkrarlayırlayaraq hakimiyyətdən də Azərbaycan ictimaiyyətindən soruşuruq: Azərbaycanın ən güclü həkimləri və tibbi infrastrukturu Bakıda olduğu halda, nəyə görə hakimiyyət koronalı xəstələri Talış zonasına daşıyır?

Bəzi istifadəçilər bu suala cavab vermək əvəzinə, ya bizi separatçılıqda ittiham edir, ya təhqir edir, ya da türklər demiş “saçma-sapan” iddialar irəli sürürlər ki, onlardan birini aşğıdakı şəkildə təqdim etmişik:

İstifadəçi 2 iddia irəli sürərək bəyan edir ki, güya Talış zonası qapalı olduğu üçün, 3 tərəfi xarici dövlət olduğu üçün hökümət Azərbaycanın bütün xəstələrini ora yığıb.İkinci iddiası da odur ki, İranda 3 min vətəndaş var və onları Azərbaycana köçürmək daha asandır.

Cavab:
1) Əvvəla Azərbaycanda Talış zonasından daha qapalı zonalar var ki, xəritədə onları müşahidə edirik.

2) İranda 3 min vətəndaş varsa, Rusiyada 3 milyon Azərbaycan vətəndaşı var! Onları Azərbaycana köçürəndə nə edəcəklər?

3) Niyə Rusiya və İstanbuldan gələn vətəndaşlarıl Lənkəranda endirib Astaraya karantin mərkəzinə aparırlar? Rusiya və Türkiyənin yolu da Talış zonasından keçir?

Bax belə! Görürsünüzmü necə saxta və məntiqsiz iddialar irəıli sürürlər? Təki hakimiyyətin yarıtmaz siyasətini malalasınlar!

Go to TOP