Hİlal Məmmədov: Ya Rəbbimiz, bizə rəhm et

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, Azərbaycan Talışları İctimai Şurasının (ATİŞ) həmtəsisçisi, keçmiş siyasi məhbus, hüquq müdafiəçisi, “Tolışi sədo” qəzetinin redaktoru Hİlal Məmmədov “Facebook” sosial şəbəkəsinin öz səhifəsində Talış zonasının son illərdəki ciddi ekoloji məsələlərindən birinə toxunub və bununla bağlı çox maraqlı təfərrüatlı faktlar meydana çıxarıb:

Əziz dostlar! Aşağıdakı foto və video materialların müəllifi bizik., Astaranın Təngərüd(Tangarü), Sərək(Sək), Zoləzo (Bürzübənd-Lovəyn-…) və d. kənd ziyarətgah-məzarlıqlarda olan Şi(ü)mşad meşələrinin necə quruyub məhv olduqlarını ifadə edir.

O ŞİMŞAD (talışca-Şımşor) ağacları ki, min illərdən bəri yerli əhalini dünyanı bürümüş kütləvi epidemiyalardan qismən də olsa qorumuşdur. Bu həmişəyaşıl ağacların yarpaqları xeyli zəhərli olsa da bir çox digər xəstəliklərin də (xüsusən də astma, bronxit və d.) müalicəsində əvəzsiz xidmətləri olmuşdur.

Bu ağaclar dünyanın bir sıra ölkələrində, o cümlədən Avropada əsasən süni şəkildə əkilib-artırılsa da əsas vətəni Qafqaz (+Krasnodar v), İranın Gilan əyaləti və bizim ölkənin Talış zonası və qismən Türkiyə olmuşdur.

Bəs, nə baş verdi əsasən 2015-in yayından? On min hektarlarla bu ağaclar sürətlə Qafqazda (Adığey, Krasnodar və d) yanıb məhv olmağa başladı. Bu bəla İran və Türkiyəyə də yaxınlaşdı. Demə, Avropada artıq neçə il öncə bu ağaclar yanmağa başlamış və qismən qarşısı alınmışdır.

Demə, Çindən Avropaya, oradan (əsasən İtaliyadan) Rusiyaya (Soçi Olimpiadası (2014) iki il öncə) əkin torpaqlarında göndərilən on minlərlə şımşad kollarında xüsusilə təhlükəli kəpənək (Cydalima perspectalis) süfrələri var imiş ki, bu kəpənəlkər də həmin ağacları içəridən məhv edibmiş.

Bunun Rusiyaya (sonra isə ölkəmizə və İrana) qarşı təxribat olub-olmaması məsələsi bu gün də müzakirə obyektidir. Bu dəhşətli kəpənəklərin (əvvəlcə barama qurdları şəklində olan) milyonlarla Şimşad ağaclarını məhv etməsi artıq Bəşəriyyəti qarşıdakı daha dəhşətli epidemiya bəlası ilə qarşılacağına ciddi xəbərdarlıq idi. Bir çox Rusiya kolleqalarımızla, ölkəmizdəki dostlarımızla (Mehdibəy Səfərov, Yunus Qulamov, Əlimərdan Şükürzadə) və d. birgə biz də hamıya SOS xəbərdarlığını etdik.

Ölkəmizinin bir çox TV kanallarını zonamıza da dəvət etdik, çəkilişlərinə şərait yaratdıq. Nəticəsi nə oldu? Bir-iki “meşəlikləri” məlum formal metodlarla dezenfeksiya edib problemi “həll etdilər”. Biz isə ümidlərimizi Allaha bağladıq: ya Rəbbimiz, bizə rəhm et, yenidən cücərməkdə olan bu mübarək Şimşadlarımızı dirilt və qarşıdakı dəhşətli epidemiya və i.a. bəlalardan Xalqımızı qoru. Düz 4 il öncə idi onda.”

Go to TOP