Binəqədi rayonunda Sobsan boya fabrikində baş vermiş yanğın 700 kvadratmetr ərazini əhatə edir (VİDEO)

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə yanğın başlayıb.

TOLİSHMEDİA informasiya agentliyinin verdiyi xəbərə görə, yanğının baş verdiyi əraziyə yaxın insanlar oradan təxliyə olunur.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.

FHN-dən bildirilib ki, yanğın 700 kvadratmetr ərazini əhatə edir: əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

Go to TOP