Sərdаr Cəlaloğlu: Gürcüstan ərazisi Azərbaycan torpaqlarıdır, geri almalıyıq (VİDEOÇARX)

Gürcüstan ərazisi Azərbaycan torpağlarıdır. Bu torpaqları işğaldan geri qaytarması gənc nəslimizin vəzifəsidir.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdаr Cəlaloğlu deyib.

“Deməli Ermənistan ərazsinin böyük əksəriyyəti Azərbaycan torpaqlarıdır, Gürcüstan ərazisi də Azərbaycan torpaqlarıdır, Dağıstan da Azərbaycan torpaqlarıdır, Rusiya bizi işğal eliyəndən sonra biz dörd dəfədən artıq torpaqlarımızı itirmişik. Bu torpaqları da torpaqları geri qaytarmaq bilavəsitə bizim gənc nəslimizin vəzifəsidir”, – deyə Sərdаr Cəlaloğlu bəyan edib.

Qeyd edək ki, Sərdаr Cəlaloğlu 2018-cu ilin aprel ayında Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində iştirak edib və seçicilərin 3.04% (112708) səsini qazanıb.

Go to TOP