Azәrbaycanda “yaxşı” talış olmağın meyarı

Azәrbaycanda “yaxşı” talış olmağın meyarı:

  • Talış bölgəsi deyil, cənub bölgəsi deməlidir;

  • Milli mənsubiyyətini talış deyil, cənublu, yaxud azərbaycanlı kimi səsləndirməlidir;

  • Talışların mənşəyini qətiyyətlə İrani xalqlardan ayırmalı, hətta daha irəli gedib “qədim” türklərə calamalıdır;

  • Talışların milli haqları barədə qətiyyən danışmamalı və bu barədə danışanları separatçı vә xain adlandırmalıdır;

  • İrana nifrət, Türkiyəyə sevgi, Turan ideyalarına bağlılıq nümayiş etdirmәlidir;

  • Pantürkçülərin şovinist ideologiyalarına qarşı ən pis halda susmalıdır;

  • Qarabağ üçün bir qarabağlıdan daha çox canfəşanlıq etməli və bütün talışları Qarabağda vuruşmaq üçün ön cərgələrdə olmağa səsləməlidir;

  • Torpağı, namusu erməni əlində qalan əhalidən daha çox ermənilərə nifrət bəsləməli və heç bir halda ermənilərə salam belə verməməlidir;

  • Və ən əsası, nümunəvi bir talış olmaq üçün mütləq şəhid olmalıdır. Yəni şəhid olmayan nümunəvi talış sayılmaz.

Gələn dəfə inşallah “yaxşı” türk olmanın meyarlarını qeyd edəcəm.

Rosta Merd

TOLİSHMEDİA informasiya agentliyi

Go to TOP