Mənsimov pantürkçülərə xərclədiyi milyonlarla pulları Talış Milli Hərəkatının inkişafına sərf etsəydi nə olardı

Mübariz Mənsimov öz pulunu, əqidəsini pantürkçülük üçün xərclədi. Əvəzində nə əldə etdi? Onu elə pantürkçü Türkiyə molla rejimi həbs etdi və indi də mülkünü əlindən hissə hissə alırlar. Bəs onun milyonlarla pullar xərclədiyi pantürkçülər hardadır? Onları görə bilirsiz? Onlar Mənsimovu tilova salıb qaçdılar!

Onu yenə də talışlar qoruyur. Hansı ki, həmin talışların çoxu kasıbdır və ciddi maddi ehtiyaclarını bir kənara qoyub Mənsimovu dəstəkləyirlər.

İndi təsəvvür edin ki, Mənsimov pantürkçülərə xərclədiyi milyonlarla pulları Talış Milli Hərəkatının inkişafına sərf etsəydi nə olardı. Əgər bu baş versəydi hazırda Avropada, Amerikada, Rusiyada, eləcə də Azərbaycanda yüzlərlə təhsil almış, təşkilatlanmış talışlar onun müdafiəsinə qalxar, dünyaya səs küy salar və Türkiyə hökümətinə böyük başağrı yaradıb Mənsimovu həbsdən azad edərdilər.

Mənsimov bu 20 il ərzində savadlı talışları xaricə yollayıb Talış Milli ruhunu özündə daşıyan jurnalist, siyasətçi, hüquqşünaslar yetişdirə və onlar da onu bu gün qoruya bilərdi. O bunu etməyib səhvə yol verdi, amma digərləri bunu anlamalıdır: Talış öz canını da qoysa ona hörmət olmayacaq. Talışlara o zaman hörmət qoyulacaq ki, onlar özlərini Milli güc şəkilində göstərəcəklər. Gücün varsa, hörmətin də olacaq.

Tolish Media

Go to TOP