Ön sırada güllə qabağına gedənlərin mütləq əksəriyyəti talış, ləzgi, tat, avar xalqlarının nümayəndələridir

Qarabağ müharibəsinin bu, növbəti mərhələsi hələ qurtarmayıb, amma Əliyev tayfa rejiminin mürtəce mahiyyəti artıq özünü bir daha ifşa etdi. Məlum oldu ki, ön sırada güllə qabağına gedənlərin mütləq əksəriyyəti talış, ləzgi, tat, avar xalqlarının nümayəndələridir.

Müharibənin ilk iki günündə talış balalarının ölüm xəbərlərinin, onların dəfn mərasimlərinin işıqlandırılmasına da əsas səbəb talışlarda erməni xalqına qarşı qisasçılıq hissini, cəbhəyə can atma təşəbbüsünü gücləndirmək məqsədini güdürdü. Sosial şəbəkələrdə talış fəallarının buna əks reaksiyası iqtidara bu məkrli təbliğatdan əl çəkdirdi. Gördüyüz kimi sonrakı günlərdə belə xəbərlər yoxa çıxdı, lakin bu o demək deyil ki, cəbhədə xalqımızın övladları daha həlak olmur.

Ğarabağ savaşının indiki mərhələsindən həm də İrana qarşı istifadə etmək cəhdlərini də görmək üçün heç də dəruni bir ağıl tələb olunmur. Əliyevlər tayfasının bu, həm də digər məkrli niyyətlərini “OZODƏ TOLIŞISTONİ SƏDO” radiomuzun sabahkı verlişində RUSTƏM boylimizlə təhlil edəcəyik. Bizi izləyin. Maraqlı faktları açıqlayarıq!!!

Go to TOP