Bir rayonun sirri

Bir “Cəlilabad” səhifəsi var idi, adı tam yadımda deyil. Elə bədii cümlələr qururdu, baxan deyərdi ki, Cəlilabad New Yorkdur. Arada yalan məlumatları piləyirdi, rəy yazdım ki, bu düzgün deyil. O da ki, “Əzizim, siz yazdığınız məlumatın sənədlərini təqdim edərək öz hiss və emosiyalarınızı bizə lüft etməyə çalışdığınızı əyani cümlələr şəklində rayonumuzun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında vardır”.

Palçığı da az qala cənnət səviyyəsinə qaldırardı ki, “rayonumuzun qəlbi təmiz, şəffaf ürəkli icra hakimiyyətinin başçısı Namiq Zeynalov tərəfindən həyata keçirilən islahatlar nəticəsində Cəlilabadımız günü – gündən çiçəklənir, onun diqqəti sayəsində əhalimizin birliyi şövkətlənir.

Sonra gördüm ki, məni səhifədən çıxarıb. Həəə, indi nooldu!?? Namiq müəllim, Cəlilabad səhifəsinin admini nooldu!? Cəlilabadın arxa tərəfinə yol çəkdirirdin???? Nooldu o??. Get indi sil o qədər postu, biabır oldun!! Sənə lazım idi!? Müsbət cəhətləri qeyd edəndə mənfi cəhətləri də qeyd etmək lazımdır. Hamısını bəzəyib – düzəməklə yox!!!

Tolish Media

Go to TOP