İranın Belçika sərgüzəştləri
1958-ci ildə Afrikadan 183 ailə Belçikaya gəldi. 600 nəfərdən ibarət bu afrikalılar aktyorlar və sənətkarlar idi. Belçikaya gəlməkdə məqsədləri isə avropalılarla mədəni təbadül, avropalıları Afrika mədəniyyəti ilə tanış etmək və heç də bütün afriaklıların vəhşi qəbilələrdən ibarət olmadığını başa salmaq idi. Bunlar Belçikaya çatan kimi Belçika polisi bunları bambuk ağacları ilə çəpərlənmiş zooparka atdı və onlarla məzələnməyə başladılar. Bu zaman afrikalılar öz dillərində onlara başa salmaq istədilər ki, heyvan deyillər, insandırlar və xoş niyyətlə Belçikaya gəliblər. Amma bu “heyvanlara” tamaşaya gəlmiş belçikalılar onların fəryadına cavab olaraq gülür, əl çalır və meymun səsini yamsılayırdılar. Afrikalı aktyorlar müxtəlif akrobatik hərəkətlər göstərdikcə belçikalılar fikirləşirdilər ki, bunlar bir budaqdan digər budağa atılmaq üçün cəngəl istəyirlər. Afrikalı sənətkarlar torpaq torpaq qazıb müxtəlif əşyalar hazırlamağa cəhd edərək belçikalıları anlatmaq istəyirlər ki, sənətkardırlar. Belçikalılar isə bunların yeri qazıb yeməyə qurd axtardığını düşünərək bunlara banan atırdılar.
Problem nədə idi?
Problem afrikalıların və avropalıların fərqli təfəkkür və baxışları idi. Afriaklılar əbəs yerə bunların baxışını dəyişməmiş özlərinin insan olmalarını isbat etmək istəyirdilər və nəticədə daha da təhqir olunurdular. Belçikalılar bunlara darvinizm nəzəriyyəsi çərçivəsindən baxırdılar. Bu bədbəxtlərin insan olmağını heç vəchlə qəbul etmirdilər. Afrikalılar insan olmalarını, xoşniyyətli olamalarını isbat etməyə çalışdıqca belçikalılar daha da əylənir və məsxərə edirdilər.
Niyə bunu deyirəm?
Azərbaycan üzərində yəhudi mediyası işləyib. Xalq artıq İrana düşmən gözü ilə baxır. Artıq özünün böyük İran sivilizasiyasının nümayəndəsi olmağı qəbul etmir. Artıq özünü şikəst bir uşağın canavarla cütləşməsindən əmələ gəlməsini fikirləşən bir kütlənin fikri cəmiyyətdə təbliğ olunur, körpə yaşından farsın və İranın ona düşmən olmağını təlqin edirlər. Sən bu bədbəxt kütlədən nə gözləyirsən? İranda Azərbaycanla bağlı siyasətçilər bu məsələni dərk etməlidirlər. Azərbaycan xalqının düşüncəsini dəyişmədən onlara saysız-hesabsız pulsuz silah verə bilər, amma faydası yoxdur. Azərbaycanda kimlərsə fikirləşir ki, gör iranlılar necə axmaqdır! Qaçqınlarına yemək verir, amma kimlərsə yenə bu baxışla məsələyə baxırlar. Generalına medal verir, deyirlər erməni nişanıdır. Niyə bu baş verir? Çünki bunların iranlılara baxışı uzun müddət beyinlərinin yuyulmalarından yaranıb. Bu baxış dəyişilməsə İran nə qədər çox çalışsa da bir az da bu bataqlıqda çox batacaq. Eynilə Belçika zooparkında mənasız yerə cəhd göstərən afrikalılar kimi… Ancaq təhqir olunacaqlar. Bu problemin həlli nədir? Gələn yazılarımızı izləyin!
Oruc Polad