Cəlilabadda həkim məntəqəsinin qarşısında yanğın olub

Cəlilabadda yanğın hadisəsi baş verib.

TOLİSHMEDİA informasiya agentliyinin verdiyi məlumata görə, yanğın hadisəsi Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində, həkim məntəqəsinin qarşısındakı ağaclıqda baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Yanğının həkim məntəqəsinə keçməsinin qarşısı alınıb.

Go to TOP