Cəlilabadda 4 otaqlı ev yandı

Cəlilabad rayonunda yanğın baş verib.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Lallar kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdaki tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Go to TOP