Astaradan olan məzunlar “İlin tələbəsi” seçiliblər

Astaralı gənclər Lalə Məmmədli və Zeynəb Talıbova “İlin tələbəsi” adına layiq görülüblər. Bu barədə TOLİSHMEDİA informasiya agentliyi xəbər verir.

Gənc qızlar “Tələbə Təhsil Mərkəzi”nin 2023-cü il üçün təşkil etdiyi “İlin tələbəsi 100” layihəsinə əsasən, 1400 nəfər tələbə içərisindən “İlin tələbəsi” seçiliblər.

L.Məmmədli və Z.Talıbova şəhər 5 saylı və Burzubənd kənd məktəblərinin 2022-2023-cü tədris ilinin məzunları olmuş və Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alan 1-ci kurs tələbələridir.

Go to TOP