Cəlilabadda üzüm yığımında azalma var

Bu ilin sentyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda üzüm yığımı ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% və ya 6 min 753,4 ton az olub.

TOLİSHMEDİA informasiya agentliyi Yeniavaz.com-a istinadən xəbər verir ki, azalma, əsasən, Cəlilabad rayonunda qeydə alınıb. Belə ki, bu rayonda üzüm yığımı ötən ilin eyni dövrü ilə müqayisədə 36,5% və ya 5 min 385 ton az olub.

Buna baxmayaraq, Cəlilabad bu ilin ilk 8 ayında ən çox üzüm yığılan 10 rayondan biridir. Beləliklə, rayon ərazisində bildirilən müddət ərzində 9 360 ton üzüm yığılıb.

Go to TOP