Natiq Cəfərli: Azərbaycanda aqressiv və depressiv toplum formalaşıb

Azərbaycanda tolerantlığın “T” hərfi belə yoxdur, aqressiv və depressiv toplum formalaşıb, çünki siyasi sistem və idarəetmə mexanizmi zordan, yalandan və düşmənçilikdən qidalanır.

TolishMedia” informasiya agentliyi xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, Real Partiyasının rəhbərlərindən olan Natiq Cəfərli öz “Facebook” sahifəsində yazıb.

Onun sözlərinə görə hər bir cəmiyyət siyasi sistemin məhsuludur, qanın-genin heç bir əlaqəsi yoxdur, bir millət – iki tam fərqli dövlət quran koreya xalqı buna əyani misaldır.

İntiharların da, səbəbi məhz budur, nə qədər istəsəniz nəticəni müzakirə edə bilərik, amma əsl səbəb siyasi sistemdir”,- deyə ekspert bildirib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP