TMMR Mühacir Höküməti və Talış Milli Hərəkatının beynəlxalq ictimaiyyətə birgə müraciəti

Talış Muğan Muxtar Respublikasının Prezidenti, Talış Muğan Muxtar Respublikasının Mühacir Höküməti, eləcə də Talış Milli Hərəkatı Azərbaycanda həbsdə olan talış tarixçi və siyasətçi Fəxrəddin Abbasovun hüquqlarını müdafiə etmək üçün beynəlxalq ictimaiyyətə, insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq qurumlara və təsisatlara  birgə müraciət ünvanlayıblar.

TolishMedia” informasiya agentliyi aşağıdakı Müraciətin mətnini sizə təqdim edir:

Azərbaycan Respublikası 28 ildir müstəqil dövlət kimi mövcuddur. Bu dövlətin müstəqilliyi elan edildiyi andan, tərkibində yaşamağa taleyin məhkumluğu ilə vadar edilən xalqların ən azı, bərabər hüquqlarının təminatı barədə çoxsaylı vədlər, olsa belə, Dövləti səviyyədə. az qala məktəbəqədər təəssisatlardan başlayaraq, qurulan və aparılan antiinsani, millətlərarası ədavətə söykənən təbliğatın nəticələri, qatı türkçülük ənənələrinin formalaşması ilə nəticələnmişdir.

Ərazi süverenliyi böyük təhdid altında olan bir dövlətin, millətçiliyə açdığı geniş təbliğat imkanlarının ağır fəsadlarını ölkə həyatının hər sahəsində, eləcə də, vətəndaş cəmiyyətində də, olduqca qabarıq hiss olunmaqdadır.

Əgər, özünə Türk (azərbaycanlı) deməyən və ölkədə yaşayan millətlərdən birinin, ən azı milli kimliyi ilə yaşamının qorunmasına, özünüidarə haqqına sahib olması barədə müqəddaratını təyin etməyə yönələn fikirlərə sahibliyinə görə vətəndaş tam hüquqi müdafiəsiz qalacaqdır!

Belə ki, Azərbaycan Respublikasının birbaşa iştirakı ilə, siyasi baxışlarına görə Rusiya Fedirasiyasına sığınan,Talış xalqının yaşamı naminə mübariz-alim Fəxrəddin Fərman oğlu Abbasov, muammalı formada Rusiyadan oğurlanaraq, AR-nın xüsusi xidmət orqanlarının təcridxanasında peyda olmasından sonra, onun dostlarının və əqidədaşlarının ixtisaslı vəkil təminatı və Qeyri hökümət təşkilatları vasitəsi ilə müdafiəsinin qurulmasında, olduqca ciddi problemləri hazırda da yaşamaqdadırlar!

Azərbaycan Respublikasında və ölkədə İnsan haqlarının qorunması ilə məşğul olaraq xaricində yaşayan, Beynəlxalq səviyyələrdə tanınan, İnsan hüquqlarının müdafiəsi sahəsində söz sahibi olan, istisnasız formada bütün Qeyri-hökümət təşkilatları, az qala faşist-millətçi təfəkkürü ilə F.Abbasovun müdafiəsindən imtina etdilər və edirlər!

Hörmətli ağalar və xanımlar! Sizlər, Azərbaycan Respublikasında İnsan haqları sahəsində, siyasi məhkumluq barədə, məlumatlar aldığınız həmən hüquq müdafiəçilərinin, nə dərəcədə insani təfəkkürə malik olduqlarını, Talış xalqının, eləcədə digər ölkə xalqlarının öz müqəddaratına sahib çıxma fikirləri ilə fəaliyyətlərinin elementar vətəndaş və hüquqi müdafiəsinin nə qədər acınacaqlı durumda olduğuna diqqət verin! Məlumatları ilə, AR-da İnsan haqlarının vəziyyətinə qiymət verdiyiniz, ölkə miqyasında mövcud Vətəndaş cəmiyyətinin nümayəndələrinin, fərdi olaraq hansı formada liberal-demokrat dəyərlərə sadiqliyini. Talış xalqına və onun ləyaqətli övladlarına, qabarıq formada F.Abbasova münasibətləri ilə təyin edə bilərsiniz.

Dərin hörmətlə,

Ə.Hümmətov,  R. Mirzəyev, İ.Babazadə, R. Almaszadə. Y. Sərdarzadə, İ. Həmidov, Z.Hüseynov.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP