Lənkəran şəhərində 1 nəfər intihar etmək istəyib

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, Lənkəran şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyib.

FHN-dən Tolishmedia-ya verilən məlumata görə, nazirliyin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Qeyd edilir, ki vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP