Azərbaycan Talışların İctimai Şurası seçkinin nəticələrinin ləğvini tələb edir

Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) fevralın 9-da ölkədə keçirilmiş parlament seçkilərini tənqid edib.

TolishMedia  informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikasının Milli Məclisinə 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilər haqqında ATİŞ tərəfindən  yayılmış bəyənatda bildirilib.

Deyilib ki, parlamentin buraxılmasının səbəbləri izah edilmədən, ədalətli seçki kampaniyasının olmadığı və qanunların pozulduğu şəraitdə keçirilmiş növbədənkənar seçkilərdə Azərbaycanın digər bölgələrində olduğu kimi, Talış bölgəsində də  yerli əhalinin milli-etnik, iqtisadi, sosial, mədəni və s. problemlərini bircə dəfə də olsa dilinə gətirməyən adamlar əhalinin narazılığına və etirazına baxmayaraq, yenidən parlamentə “seçildilər”.

ATİŞ  növbəti dəfə saxtalaşdırılmış seçki prosesini qəti şəkildə pisləyir və seçkinin nəticələrinin ləğvini tələb edir.

Qeyd edək ki, ATİŞ ötən il dekabrın 7-də talış ziyalıları və vətəndaş cəmiyyəti fəallarından ibarət qrup tərəfindən yaradılıb.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP