Rusiyada talış diasporası rəhbərini kim tənqid edir? Turan Patiyasının sədri Cahandar Bayoğlu bəyanat yayıb

Azərbaycanda, Türkiyədə və digər Türk dövlətlərində yaşayan Talışlar da, Farslar da, Taciklərdə, Kürdlər də, Ləzgilər də, Avarlar da.. gözəl bilir ki, onların milli mədəni qalxınması, firavan, azad yaşaması Türk dövlətlərinin güclənməsinə və birliyinə bağlıdır.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir, ki bu fikirlər Azərbaycanda Türk millətçilərini, Turançıları təqdim edən Turan Partıyasının bugündəki bəyanatında səsləndirilib.

Rusiyada talış diasporusun rəhbəri İsmail Şabanovun ünvanına təhqirlərlə dolu sözəgedən bəyanatda deyilir ki, İran və Rusiyanın əsas hədəfi Azərbaycan-Türkiyə birliyi, həmçinin Türk Dövlətlərinin birliyidir.

Qeyd edək ki, bir neçə ay bundan qabaq da Turan Patiyasının sədri Cahandar Bayoğlu bəyan edib: Əslində bütün türk dövlətlərinin adı qalmaqla millət türk, dil türkçə olmalıdır ki, alt şüurda bir millət olduğumuz anlaşılsın. Dilimiz bir adlanmalıdır ki, dünyada böyük dil statusu qazanaq və dünya dili olaq.

Go to TOP