İsmayıl Şabanov: Bacarırsınızsa dövlətinizi dağıdan şərəfsizləri söyün

Əziz dostlar! Hamınızı salamlayıram!

Azərbaycanda gedən prosesləri yaxından və deyərdim ki, dərindən izləyirik. Ölkədə vəziyyət çox pisdir və iqtidar başa düşür ki, bu vəziyyətdən yaxşılığa doğru çıxış yolu yoxdur. Lakin buna baxmayaraq onlar talış millətinə qarşı hiyləgər və məkrli planlarından əl çəkmirlər. Onların məqsədi budur ki, talışları bu mühüm tarixi dönəmdə yenə aldadıb səhv istiqamətə yönəldәrәk bütün mühüm siyasi hadisələrdən kənarda saxlasınlar. Talışları siyasi hadisələrdən kənarda saxlamaq bu iqtidarın və onun qulbeçələrinin başlıca hədəfidir. Onlar talışları öz saxta ideyalarına və hədəflərinə çatmaq üçün istifadə etmək istəyirlər. Tam əminliklər deyirəm ki, biz bu siyasətin qarşısını alacağıq. Bu işdə öz qulbeçələrini də işə salan Azərbaycan hakimiyyəti sözü gedən siyasət çərçivəsində Rusiya Talış diasporuna qarşı da müəyyən işlər görmək istəyirlər ki, biz burda da inkişaf etməyək. Əllәrindən gələn hәr şeyi edirlər ki, talışları öz ilahi və milli hədəflərindən çəkindirsinlər və özlәrinin millətçi və faşist siyasətlərinin, eyeni zamanda digər xarici qüvvələrin xidmətində qoysunlar. Bu minvalla mənə qarşı da böhtanlardan və iftiralardan əl çəkməyəcəklər. Buna görə Talış millətini ayıq olmağa çağırıram.

İlk öncə, mənim ermənilər barəsində “onlar bizim dostumuzdur” sözünə görə sosial şəbəkələrdə təşkil olunan qara piar kompaniyasını qeyd edim. Siyasətdən agah olan insanlar bilirlər ki Azərbaycanda həm iqtidar, həm də müxalifət Qarabağ münaqişəsini çoxdan siyasi alver üçün, siyasi məqsədlər üçün istifadə edirlər və xalqın vətənpərvər hissləri ilə oynayırlar. Elə belə demirlər ki “vətənpərvərlik əclafların son pənah yeridir”. Yəni hər hansı bir yaramaz, xalqın vətənpərvətlik hisslәri ilə oynayaraq özünü və siyasi partiyasını təbliq edə bilər. Belə olanda müqəddəs bir mövzu çirkli insanların əlində siyasi oyunlar üçün bir vasitəyə çevrilir. Avamalar isə bu oyuna gedir, bu oyuna inanırlar.
Әvvәl bu kompaniyaya reaksiya vermәmәk qәrarına gәlmişdim. Amma görürәm ki, hakimiyyәtin qulbeçәlәri bir az da vәchә gәlirlәr. Ona görә bu hücumlara cavab vermək qәrarına gәldim.

Qarabağda çoxlu sayda şəhid verən Talış milləti də bu oyunun qurbanına çevrilmәsin. Әn әvvәl, Azərbaycan iqtidarı, Azərbaycanın ulu öndəri Heydər Əliyev özü ermənilərin yardımı ilə hakimiyyətə gəlib və müharibə zamanı da Azərbaycana xəyanətlər edib. Bu haqda müxalifət bar-bar bağırır.

Detallara getməyərək deyək ki, onun avantyurası baş tutdu.Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının başçısı olanda özü separatçılıq nümunəsi idi. O, ermənilərlə separat saziş bağlayaraq Naxçıvanı müharibədən çıxartdı və Qarabağa minlərlə oğullarını göndərən talışlardan fərqli olaraq müharibəyə bir batalyon belə göndərmədi. Onun ermənilərlə birgə hansı işlər gördüyü haqqında Azərbaycan müxalifəti də kifayət qədər məlumat yayıb.Azərbaycanda olan agentlərinin vasitəsilə o Azərbaycan ordusunu məğlubiyyətə uğratdı ki, hakimiyyətə gəlsin.Naxçıvan Muxtar Respublikası hələ 1990-ci ildə yanvar ayında həm Azərbaycan həm də Sovet İttifaqının tərkibindən çıxmasını elan etmişdi.İndi isə bu xain tayfa Rusiyada fəaliyyətdə olan Talış diasporunun üzərinə sosial şəbəkələrdə və media vasitələri ilə hücumlar təşkil edir.

Talış diasporuna qarşı irəli sürdüyü ittihamlar bizdən çox onlara aid olmalıdır. Misallar gətirək:

1. Azərbaycan Respublikasının birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyeva deyib: “Biz heç vaxt yol vermərik ki, Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazı formalaşsın. Vaxt var idi, bu xalqlar birlikdə yaşayırdı, bir masa arxasında əyləşərək şərab içirdi.Həmin zaman geri dönməlidir”.

2. Azərbaycanın Rusiyada səfiri Polad Bülbüloğlu deyib: “Azərbaycanda erməniləri düşmən kimi qəbul edən yeni nəsil yetişir. Buna imkan verməməliyik”.

3. Azərbaycanın baş nazirin müavini Əli Həsənov deyirdi ki: “Azərbaycan və Ermənistan xalqları düşmən deyil”.

4. Rusiyada Azərbaycan diasporunun rəhbəri Mehriban Sadıqova deyirdi: “Biz gənclərimizə izah etməliyik ki, bizim ermənilərlə heç bir problemimiz yoxdur. Uşaqlara başa salmalıyıq ki, biz ermənilərlə dost olmalıyıq. Ermənilər pis insanlar deyil, onlar ürəyi təmiz, saf insanlardır.Bizim Bakıda onlarsız bir günümüz olmazdı.Biz onlarla bir süfrə arxasında oturub duz-çörək kəsmişik.Müharibə heç vaxt bu qədər uzun davam edə bilməz.Xalqlar arasında barışıq olmalıdır, dostluq münasibətləri qurulmalıdır.Biz sübut etməliyik ki, düşmənçiliklə heç bir nəailiyyət əldə edə bilmərik.Ermənilərlə qohum olmalıyıq”.

5. Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı müsahibələrinin birində demişdi, “sadə erməni xalqı bizim düşmənimiz deyil, bir zamanlar bizim çox yaxın münasibətlərimiz olub.Ermənilər öz iddialarından əl çəksələr, biz yenə əvvəlki kimi mehriban yaşaya bilərik”.

6. Hələ Rövnəq Abdullayevin Erməni kilsəsinə pulsuz qaz verməyini hara yozaq…

7. Rusiyanın prezidenti və baş naziri olan Dmitriy Medvedev dövlət səviyyəsində keçirilən görüşlərin birindən sonra demişdi ki: “Azərbaycan və Erməsnitandan gələn heyətlərin üzvləri bir – biriləri ilə çox yaxşı yola gedirdilər və bir – biriləri ilə erməni və azərbaycan dillərində danışır və zarafarlaşırdılar. Hətta Azərbaycan və Ermənistan dövlət başçıları bir – biri ilə yaxşı yola gedirlər”.

8. Çox yaxşı yadımızdadır ki Azərbaycanın Xəzər TV-si “Jara” festivalında əslən Ermənistandan olan müğənnin gəlişi ilə bağlı reportaj hazırlamışdı. Orda deyilirdi ki erməni xalqı azərbaycanlılar üçün düşmən deyil, qoy Bakıya gəlsinlər və inkişafı görsünlər. Reportajda deyilirdi ki nəzərə alınmalıdır ki Azərbaycan dövləti və xalqı heç bir ölkəni və yaxud xalqı o cümlədən də erməniləri özünə düşmən hesab etmir həm ermənilər, həm azərbaycanlılar eyni ccoğrafiyanə bölüşürlər bir yerdə dinc yaşamağa məhkumdurlar.

9. Azərbaycan-Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri, professor Kamil Vəli Nərimanoğlu tanınmış türkoloq, türk millәtçilәrinin әn yuxarı tәbәqәsinә mәnsub bir adamdır. Neçә illәrdir Türkiyәdә işlәyir vә yaşayır. Özü dә Türkiyә tәhlükәsizlik orqanlarına bağlı biridir. İndi buyurun, onun fikirlәrini oxuyun. Kamil Vәliyev ermәnilәrә çox yüksәk qiymәt verib: “Erməni qədər bizə çox yaxın (mədəniyyət, məisət, zövq…) ikinci bir millət yoxdur. Bir əsas fərqlə. Biz ailəmizin vurğunuyuq, ermənilər öz millətini sevirlər, ona fəda olurlar… Biz ailə, qadın, qız, bacı, gəlin qeyrətini müqəddəs bilirik, erməni vətən qeyrətini müqəddəs bilir…”.

10. Və nəhayət. Dağlıq Qarabağın azәrbaycanlı icmasının rәhbәri Tural Gәncәliyev ermənilərə erməni dilində müraciət edərək erməni və azərbaycanlıların tarix boyu dostluq münasibətində olduqlarını qeyd edir və deyir: “Mən inanıram ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni sakinləri də anlayırlar ki, bölgənin azərbaycanlı sakinləri ilə dialoqa mütləq şəkildə ehtiyac var”. “Bölgənin erməni və azərbaycanlı sakinləri Azərbaycan

Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində muxtar qurum statusunda yaşaya bilər. Dünyada bunun çoxlu sayda modeli mövcuddur və mən inanıram ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni sakinləri birlikdə dünyadakı ən uğurlu muxtariyyət formasını yarada bilərlər!”

Biz deyәndә ki, ermәnilәrin әn yaxın vә isti münasibәtdә olduğu, tarix boyu әn çox qaynayıb – qarışdığı, qohumluq әlaqәlәri qurduğu millәt türklәrdir, bizi tәhqir edirlәr, bizi ermәnilәrә işlәmәkdә ittiham edirlәr, bizә xain deyirlәr. Halbuki biz yalnız öz xalqımızın Azәrbaycan dövlәti tәrәfindәn tapdalanan vә tanınmayan milli haqları uğrunda mübarizә aparırıq. Biz bunu qәti bilirik ki, bu gün ermәniyә düşmәn deyәnlәr sabah ermәni ilә yenә qol boyun olub talışı mәsxәrәyә qoyacaqlar.Rusiyada həqiqətən də azərbaycanlı və erməni iş adamları bir yerdə şirkət qurur, iş görür hətta qohum olurlar.

Talışlar öz haqlarından danışan kimi də kənardan bir qrup öyrədilmiş insanlar talışların Qarabağda ermənilər tərəfindənn şəhid edilməsindən danışırlar və talışların Azərbaycan üçün xidmətlərindən danışırlar. Onların sözündən belə çıxır ki Qarabağ problemi olduqca talışlar elə daim şəhid olmalıdırlar. Yaxşı bəs, bu dövlətin talışlar üçün nə etdiyi haqqında bir misal gətirə bilərsiniz? Talışların xidmətləri haqqında bizə danışmaq lazım deyil, biz bunların çox yaxşı bilirik, bu olkə talışlar üşün nə edib onu sadalayın. Sadalaya bilməzsiniz, sadlasaz da yalançı çıxarsınız.
Dünyada ən yükəsk muxtariyyəti siz 25 ildir ki Qarabağ ermənilərinə təklif edirsiniz, amma sizin yanınızda cəbhədə vuruşan və Qarabağ ermənilərindən azı on dəfə çox olan talışları, 1993-cü ildə Talış-Muğan Muxtar Respublikası qurduqları üçün, separatçılıqda ittiham edirsiniz? Məntiq varmı? Sizi doğma torpaqlarınızı tərk etməyə məcbur edən ermənilərə təklif etdiyiniz muxtariyyəti talışlara qıymırsınız, o talışlara ki minlərlərə sizin doğma torpaqlarınızı müdafiə etməyə getmişdilər. Bu şərəfsizlikdir!

İndi isə biz də Azərbaycan dövlətinin, onun məmurlarının və tanınmış ictimai və siyasi xadimlərinin sözlərini misal gətirərək erməilərin talışlar üçün də eynilə düşmən olmadığını qeyd edrikik, talışlarında geniş muxtariyyətə haqları olduğunu deyirik, amma buna görə bizi təhqir edib söyürlər. Necə olur ki Azərbaycanın türk toplumun tanınmış şəxslərinin ermənilər haqqında dediklərini normal qəbul edirsiniz, buna sakit yanaşırsınız amma talış liderləriermənilərin talışlar üçün də düşmən olmadığı qeyd edəndə siz bunu qeyri adekvat qarşılayırsınız. Bunu necə başa düşmək olar? Deməli belə çıxır ki ermənilərlə daim düşmənçilik ancaq talışların vəzifəsidir və borcudur? Nəyə görə bir qrup Azərbaycan DTX-sının qulbeçələri, vətənşivənləri, avamları Rusiya Talış diasporunun üstünə düşür və əsassız ittihamlar irəli sürür?Amma sadaladığımız misallara səsləri gəlmirdi… İndi də şərəfsizcəsinə susurlar!Bilin ki, Talış milləti və onun əcdadları bu regionda minillər öncə olanda və yaşayanda, dövlətçiliyi və mədəniyyəti olanda Azərbaycan adlı dövlət yox idi. Və talışlar heç kəsdən dost və ya düşmən olmaq üçün icazə almaq məcburiyyətində deyillər. Biz Allahın övladlarıyıq və bizim hakimimiz Allahdır.

Bundan başqa onu da qeyd edək ki, Rusiya ərazisində Azərbaycan-Ermənistan münaqişəsi yolverilməzdir. Dövlət bunu qadağan edir. By prosesləri Rusiyada qızışdıran da cavab verəcək. İkincisi, heç kəsin talış millətini öz siyasi məqsədləri üşün ermənilərlə və digər millətlərə düşmən etməyə haqqı yoxdur. Biz əlimizdən gələni edəcəyik ki bu baş verməsin.

Yox əgər dərinə getsək, biz sübut edə bilərik ki, Ermənistan talışlara düşmən deyil. İndi baxaq, görək kimdir düşmən kimdir dost?

1. Ermənilər deyir ki, Azərbaycanda talış milləti əzilir, haqları tapdalanır. Bu, həqiqətdir, amma Azərbaycan hökuməti bunu inkar edir və yalanı dəstəkləyir.

2. Ermənilər deyir ki, talışların müstəqil dövləti, ya da Azərbaycan tərkibində Naxçıvan kimi muxtar respublikası olmalıdır, Azərbaycan deyir, yox olmamalıdır, dövlət ancaq türkə məxsusdur.

3. Ermənilər deyir ki, talışların Azərbaycanda televiziyası, radiosu, mətbuatı, kitab nəşriyatı, talış dili müəllimlərini hazırlayan təhsil ocağı olmalıdır. Azərbaycan bunların hamısını inkar edir və bu yolda heç nə etmir.

4. Ermənilər talışlar üçün elmi konfranslar keçirdir, Azərbaycan isə bunu nəinki etmir, heç buna icazə vermir.

5. Ermənilər deyir ki, talışların tarixi saxtalaşdırılmasın, onlar assimilyasiya edilməsin. Azərbaycan isə talışların tarixini saxtalaşdırır, tarixi şəxsiyyətlərini mənimsəyir, tarixi torpaqlarını zəbt edir, milləti assimilyasiya edir.

6. Ermənilər bütün mətbuat vasitələrindən istifadə edirlər ki, talışların problemlərindən dünyada danışsın və hətta ABŞ-dakı lobbilərindən istifadə edib talışların adını ABŞ Dövlət departamentin bəyanatına daxil ediblər. Azərbaycan isə bütün vasitələrlə talışların haqq səsini kəsməyə çalışır və yalanlar yayır.
Misallar çoxdur… Amm helə bu sadaladığımız misallar da bəs edər.

Bəli, kimsə deyə bilər ki, Ermənstan talışları dəstəkləməklə bunları öz maraqları üçün edir, talışın gözəl gözünə aşiq olmayıblar!

Çox gözəl! Qəbul edirik bu sözü.

Belə çıxır ki, Azərbaycan dövlətinin siyasət nəticəsində talışların və ermənilərin siyasi maraqları üst-üstə düşür.Elə deyilmi?Bütün günah Azərbaycan dövlətinin üzərindədir.Belə deyilsə, onda Azərbaycan nəyə görə ermənilərə bu imkanı yaradır, onlar da bu vasitə ilə Azərbaycan dövlətinin imicini dünyada aşağı salır və Qarabağ məsələsində daha üstün mövqe qazanırlar?Nə üçün Azərbaycan talışlara qarşı bu siyasəti aparır?Niyə ermənilərin etdiklərini etmir və talışları öz tərəfinə çəkmir?Belə olan halda ermənilər talış üçün dostdur, yoxsa Azərbaycan?Belə çıxır ki, ermənilərin və talışların maraqları üst-üstə düşür və təbii halda müttəfiqlik yaranır.Bunun səbəbi də Azərbaycanın, demək olar ki bütün hakimiyyətlərinin,talışlara qarşı illər boyu apardığı siyasətidir.

Bizə çox yaxşı bəllidir ki, mənə və Rusiya Talış diasporuna olan hücumlar nəyə görə çoxalıb.Amma bütün işləri puç olacaq. Talış düşmənlərinin ömrünə az qalıb. Biz hədəfimizə çox yaxınıq və qalib gələcəyik.

İsmayıl Şabanov

Go to TOP