Talış Milli Hərəkatı: Qələm XAİN əlindədir!

Mirşahinin Azərbaycan hakimiyyətinə “AYI XİDMƏTİ”.

Fəxrəddin Abbasova(Əboszodə) AZADLIQ!
Elvin İsayevə AZADLIQ!
Aslan Qurbanova AZADLIQ!
Mubariz Mənsimova AZADLIQ!
Azərbaycan reallığı.

23 avqust tarixində REAL TV-də Mirşahinin (Qeyd edək ki, hərif yeni ampiuluasında nəzərəçarpacaq dərəcədə kökəlib, amma buna baxmayaraq, ağzındakı SÜMÜK görünür) “ifasıda” yayımlanan “Xainlər” filminə baxdıq(Əgər buna film demək olarsa). Mirşahin bizi çox çaşqın vəziyyətə saxladı. Çəkdiyi filmlə o, nə demək istədi, kimlərə xidmət etməyə cəhd etdi?… Bu suallar bizi çox düşündürdü, o dərəcədə düşündürdü ki, son nəticədə Mirşahinə təşəkkur etmək qərarına gəldik…

Yəqin ki, filmə baxan və bu yazını oxuyanlarda da sual yaranacaq: – Nəyə görə?
Mirşahinin dilindən səslənən əlahəzrət faktlarla bu suala cavab verməyə cəhd edirik: Guya Ələkrəm Hummətovu “ifşa edib, onun XAİN obrazını tamaşaçıya” çatdırmaq istəyən Mirşahin “çaşır”! Elə erməni Qarnik Asatiryanın dili ilə Azərbaycan xalqı üçün qaranlıq qalan bəzi məqamlara “işıq” salır. Guya Ə.Hummətov ermənidən 260 min avro pul istəyib, özü də nə məqsədlə?
– “Talış Mədəniyyət Mərkəzi üçün Bakı şəhərində qərərgah almaq üçün”.

Mırşahin, sənə bir “sağ ol”!

Mirşahin bilərəkdənmi, ya bilmədən(hərif qocalır), bizim illər boyu dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istədiyimiz həqiqəti – Respublıka Talış Mədəniyyət Mərkəzinə Bakıda yer verilmir, sual olunur – NİYƏ? Nə səbəbə Ə.Hummətov bu məqsədlə ermənilərdən vəsait istəməlidir?

İkinci məqam:

– Mirşahin erməninin diliylə də olsa, etiraf etdi ki, Avropada fəaliyyət göstərən Talış Muhacir hökümətinin fəaliyyəti heç də Azərbaycan dövlətinin ərazi bütölüyünə qarşı yönəlməyib, “Azərbaycan tərkibində Muxtar vilayət”!
Bərəkallah, Mirşahin! Görunur vicdanının ağzına “daşı hələ tam basmamısan”!

Sənə ikinci “Sağ ol”!…

İndi də keçək “filmin” başqa (əslində- Mirşahinin) gizli məqamlarına. Ay “velikiy kombinator Ostap Bender”(Miriş), DTX-dan aldığın materiallardan filmin personajlarının konteksdən çıxararaq qısa frazalarını verirsən və onlara qarşı guya xalqda nifrət hissi yaradırsan. Azərbaycan xalqının sənə olan nifrətdən xəbərin varmı?… Olmamış olmaz, yəqin ki, deyirsən:-“Təki qarnım tox olsun, kökəlim”. Sosial şəbəkələrdən DTX tərəfindən cəsusluq yolu ilə göturulmuş ifadələri yaymaqla, məqsədin ağalarının qeyri-qanuni fəaliyyətinə işarə etmək deyilmi?…

Fəxrəddin Abbasovun(Əboszodə) məhkəmə sənədləri indiyə qədər qohumlarına vrilməyib, işdə olan 2 cild, heç məhkəmə istintaqına da, təqdim edilməyib. Xeyr ola, onlar, sənə nə məqsədlə verilib?…

Deyək ki, “filmdə” bəyan etdiyin adamlar “xainlərdir”, “ermənilərlə əlaqə qurublar”. Bəs, Ukrayınadan oğurlanarq Azərbaycana gətirilən Elvin İsayev necə? O, ki, səsini ölkədə baş alıb gedən irticaçı rejimə qarşı ucaltmışdı, Azərbaycan naminə!
Sən nə əsasla hakimiyyəti xalqa Azərbaycan dövləti kimi sırımaq istəyirsən!

Azərbayca hakimiyyəti, prezident dünyaya bəyan edir ki, Dağlıq Qarabağ ermənilərinə ən yuksək Muxtariyyat statusu verməyə hazırdır. Səncə, Muxtariyyat verəndən sonra azərbaycan xalqları ermənilərlə düşmən olaraq yanaşı yaşayacaqlar?!
Bəlkə? “filminlə” məqsədin dünya ictimaiyyətinə “Prezident yalan deyir”, – mesajını verməkdir?…

“Günü-gündən çiçəklənən Azərbaycan” dediyin ölkədə hər an korrupsiyadan, “dövlətin dayaqları” sayılan indiki və keçmiş məmurların qanunları ayaq altına atıb tapdaladığından danışılırsa (elə sənin tv kanalında da) , o ölkəyə necə “çiçəklənən” demək olar?

“Xainlər” dediyin “filmin” nə yaxşı ki, Ramiz Mehdiyevin nəvəsinə etdiyi toya “TOY” tutulduğu(Karantin rejimini pozanlar, qanunları pozaraq, tənbeh edilir!) dövrdə nümayiş etdirildi…

Miriiş, bəlkə deyəsən, “xainlər” dediyin, ölkədən min kilometrlərlə uzaqda yaşayanlar təhlukəlidir, ya ölkəni içəridən dağıdan, indiki və keçmiş XAİN məmurlar?

Ağalarının süfrələrinin qalıqlarını yeyib kökəlmiş Mirşahinə, üçüncü “Sağ ol”umuzu deyib keçək “filmin” digər “maraqlı” məqamlarına.

Çox sağ ol, Miriş!

Talış sözünə Milli Məclisin qərarı ilə rəsmən yasaq qoyulduğu halda, son 15 ildə respublıka televiziyalarında səslənməyən “Talış” sözünü geninə-boluna səsləndirdiyinə görə!

Ay qırışmal, özün “Talış” kəlməsini rahat şəkildə işlətdiyin halda möhtərəm Şeyximizi “cənub xalqı” ifadəsini islətməyə sövq edib, onu gülüş hədəfinə çevirməkdə məqsədin nədir? Ölkədə qanunların, İnsan Haqlrının qorunmasına nəzarət edən Ombusman, bu qanunları qəbul edən deputatlar, “elm məbədi” sayılan AMEA-nın akademikləri qanunları saya almırsa, o ölkə necə “çiçəklənə” bilər?…

TALİŞ XALQINA QARŞI
TƏZYİQ VƏ TƏQİBLƏRƏ, İRTİCAYA SON!!!

Talış Milli Hərəkatı.
24 avqust 2020 il.

TOLİSHMEDİA informasiya agentliyi

Go to TOP