Masallının Kolatan kəndində türk bayrağı

Dünәn  Masallının Böyük Kolatan kәndindә mәktәbdә keçirilәn hansısa tәdbirdә Azәrbaycan bayrağı ilә yanaşı Türkiyә bayrağını da mәktәbli uşaqlara qaldırtdırıblar. Bu mәsәlәyә aydınlıq gәtirmәk istәyirәm vә eyni zamanda, bu iyrәnc hadisә ilә bağlı fikirlәrimi sizinlә bölüşürәm.

Әvvәla, bunu kimlәrsә mәqsәdyönlü şәkildә ediblәr. Düzdür, mәktәbdә baş verәn bu iyrәnc hadisәdәn bütün kәnd camaatı xәbәr tuta bilmәzdi. Amma şәkildәn dә görünür ki, orda tәkcә uşaqlar deyil, böyüklәr dә iştirak edirlәr. Lakin kimsә nә hüquqi cәhәtdәn Azәrbaycan dövlәtinә, nә dә xüsusilә talışlara heç bir aidiyyәti olmayan bir dövlәtin bayrağını talış balalarına qaldırtdıranlara heç bir etiraz etmir.

Biz hamımız yaxşı bilirik, pantürk Azәrbaycan dövlәti zorla da olsa, talışları assimilyasiya etmәkdә qәrarlıdır. 200 il davam edәn bu siyasәtin nәticәsindә Talışın aran әrazisindә yaşayan әhalisinin artıq әksәriyyәti türklәşib vә indi türklәrin özlәrindәn daha çox türkçülük edirlәr. Hәlә talışlara qarşı da çox aqressivdirlәr. Bәs biz neylәyirik? Onların qarşısında susuruq vә bu susmağımızla bizi mәhv edәnlәrә daha çox şәrait yaradırıq. Bu yaxınlarda kәndә getmişdim, bir mәclisdә milli mәsәlә ilә bağlı bir söz dedim. Yanımdakı yavaşca dedi, ehtiyatlı ol, bu cavanlar (әli ilә cavan uşaqları göstәrdi) hamısı pantürkdür. Mәn onu başa düşürәm. Pantürk fövlәt öz işini çox möhkәm tutub, kәnddә KQB-nin agentlәri dә çox güman ki, var. Amma bircә türkün belә yaşamadığı talış kәndlәrindә cavanların pantürk olması bizim üçün faciәdir, eyni zamanda da tәbliğat sahәsindә bizim zәifliyimizi göstәrir.

Bu hadisә bizim kәndimizdә olsaydı, dişimlә-dırnağımla o bayrağı cırıq-cırıq edәrdim. Mәn yenә öz fikrimdәyәm. O iyrәnc işi görәn adamların şәrәfinә tüpürüm, bunu görüb susanlara da ar olsun!

Rost Merd.

 

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP