Dövlət səviyyəsində olan pantürkçülük

Son vaxtlar dövlət səviyyəsində pantürkçü, rasist bir ritorika var. Bu ritorikanın fonunda isə 90-cı illərin törtöküntüləri fəallaşıblar.  Diqqətimi çəkən İran azərilərinə pulsuz təhsil məsələsi oldu. Artıq 1 aydır bu mövzunu Sabir Rüstəmxanlı kimi rasist düşüncə sahibləri dilə gətirir. Həmçinin İsa Qənbərovun müsahibəsini izlədim. Elçibəy, Müsavat və öz adından danışaraq bildirdi ki, İran azərilərinə pulsuz təhsil hər zaman onların diqqətindəki ən vacib məsələ olub.

Təbii ki, mən pulsuz təhsilin həm Azərbaycan, həm də xarici vətəndaşlar üçün olmasını ideal sayıram. Bu çox gözəl olardı. Lakin bunu ilk olaraq Azərbaycan vətəndaşları üçün etmək lazımdır. Sonra isə xarici vətəndaşlara irqi, milli ayrı-seçkilik etmədən pulsuz təhsil vermək olar. Azərbaycan vətəndaşları qala qala İranın yalnız pantürkçü vətəndaşlarına Azərbaycanda pulsuz təhsil istəmək isə tam bir rasist tələbdir, milli ayrı-seçkilikdir. Dövlətə vergi verən biz, əsgər gedən biz, amma İrandakı hansısa separatçı, rasist biri əlin qolun sallayıb gəlib pulsuz təhsil alacaq? Bu pulsuz təhsil adı altında rasizmin maliyyələşdirilməsi tələbidir və bunun əks nəticələrinə də hazır olmalıdırlar. Əgər bu rasist istək olmasaydı İranda öz dilində təhsil olmayan bütün xalqlar üçün olardı.

Həmçinin dövlətin belə bir qərar verməsi üçün heç bir hüquqi bazası yoxdur. Bilirik ki, bu olmayacaq. Bunu edənlər sadəcə belə bir düşüncəni cəmiyyətdə təbliğ edir. Dövlət orqanları bu cür düşüncənin qarşısını almalıdır. Fərqi yoxdur hansı üsulla. Çünki bu rasizmin açıq təbliğatıdır, kütləviləşməsidir, xalqlar arasında milli ədavət salmaqdır. Əgər belə düşüncə təbliği davam edərsə, qarşısı alınmasa, Azərbaycan höküməti başa düşməlidir ki, əks təsir olaraq talışlar arasında da əsgər getməmək, vergi verməmək kimi tələblər gündəm mövzusu olacaq. İnsanlarda haqlı olaraq belə bir düşüncə yaranacaq. Çünki bir ölkə ki, ona vergi verən, xidmət edənlərin haqqını qorumur, gedib ayrı ölkə vətəndaşının qayğısına qalır, elə gedib həmin ölkə vətəndaşlarından da vergi alsın, ordu düzəldib özünü qorusun. Nəyimə lazımdır o ölkə ki, mənim alimimi öldürəcək, dilimi məhv etməyə çalışacaq, sonra hələ bir məndən aldığı pulla hansısa rasisti pulsuz oxudacaq.

Həmçinin Müsavat və digər törtöküntülər də ağıllarına yığsınlar ki, bu 90-cı illər deyil. Bu cür irqçi tələblər onlara qarşı Talış, Bakı, Sumqayıtda sivil formada təziqlərin artması ilə nəticələnəcək. Həmçinin İrandan gələn irqçi düşüncəli tələbələr əvvəlki qonaqpərvərliyi görməyəcəklər.

Rahim Şaliyev

Go to TOP