Bakıda Rusiya bayrağını qaldıranlar kimlər idi

Noyabrın 25-də ermənilər 3 tərəfli sənədə əsasən Kəlbəcəri tərk etdilər, Azərbaycan silahlı qüvvələri oraya girdilər. Bakıda bu münasibətlə bayram canfəşanlığı oldu. Əhali yeni əmələ gəlmiş vərdişə müvafiq Azərbaycan bayrağı ilə yanaşı xeyli miqdarda Türkiyə, Pakistan, İsrail bayraqları qaldırdılar. Bu dəfəki şənliyin maraqlı cəhəti bu oldu ki, orada Rusiyanın da bir neçə bayrağı gözə dəydi.

İlk baxışda bayraq qaldırmanın geniş yayıldığı bir cəmiyyətdə Rusiyanın bayrağının nəzərə çarpmasında elə bir qəbahət hiss edilməməlidir. Özü də Rusiyanın sülh məramlılarının müharibəyə son qoyması nəticəsində Ağdam, Kəlbəcər, Laçın rayonlarının döyüşsüz Azərbaycana təslim edilməsi xeyli miqdarda əsgərin həyatını qorudu. Bu da həmin əsgər analarının Rusiya prezidenti Putinə minnətdarlığında öz əksini tapdı.  Demək istədiyim budur ki, hər bir normal cəmiyyətdə qaldırılan xarici bayraqlar arasında Rusiyanın bayrağının qaldırılması əks reaksiya doğurmamalı idi. Amma bu normallığı Azərbaycan cəmiyyətinə şamil etmək mümkün deyil, çünki burada dövlət səviyyəsində son 30 ildə daima Rusiya, İran və Ermənistana qarşı nifrət təbliğatı aparılıb, ümumtəhsil məktəblərində təhsil alan hər bir şagird məktəbə ayaq qoyduğu ilk gündən bu xalqlara qarşı daima düşmənçilik təbliğatı ilə üzəlşib, o ruhda tərbiyə olunub, bu təbliğat onun təhtəlşüuruna hopdirilub.

Azərbaycan ictimaiyyətinin vicdan səsi hesab olunan müxalif cameənin bu fakta münasibəti gözlənildiyi kimi neqativ oldu. Bu da onda ifadəsini tapdı ki, onlar rus bayrağını qaldıranları nə az nə çox, manqurtluqda günahlandırdılar.  Əslində bu məsələyə obyektiv yanaşsaq, görərik ki, Rusiyanın bayrağına rəğbət bəşləyənlər yerli xalqların uzun illər boyu Azərpropun apardığı manqurtlaşdırma siyasətindən yaxa qurtarmağı baçarmış, öz kökünə qayıtmış ayıq və bəsirətli nümayəndələri olmalı idi. Çünki, onlar hakim tayfanın ölkəni Türkiyənin bir vilayətinə çevirmə siyasətini görür, Rusiyanın reqiona mudaxilə etməsinin bu niyyəti pozmasını başa düşür, həm də öz mənsub olduqları etnosların zorakı assimilyasiyadan xilas olma yolunun məhz Rusiyanın köməyi ilə reallaşma imkanında başa düşürlər.

Azərbaycanın müxalifəti rolunu oynayanların tam şəkildə azərbaycan türklərindən ibarət olması, onların yerli xalqlardan olan ziyalılara öz aralarında yer verməmələri, talış siyasi məhbuslarını özlərinin tərtib etdikləri siyahıya salmamaları onların Əliyev rejiminin qeyri –türk xalqlara qarşı apardığı faşist siyasətinə tərəf durduğu da təsdiq edir. Bu da ona gətirib çıxarıb ki,  azər-türklərdən ibarət olan bu müxalifət tam şəkildə Azərbaycanın Türkiyə tərkibinə daxil olma imkanına böyük ümid və həsrətlə baxır, Rusiya bayrağını qaldırmaqla bu siyasətə zəif də olsa öz etirazını bildirənləri də türk bilib onları güya öz köklərindən uzaqlaşıb manqurta çevrilməkdə günahlandırır. Təkrarən deyim ki, bu tam yanlış bir yanaşma idi. Əslində bu, yerli xalqların pantürk təbliğatının yoldan çıxara bilmədiyi  sağlam təfəkkürlü gənclərin atdığı bir addım, həm də Türkiyə zülmündən qurtuluşa edilmiş zəif bir cəhd idi.

Burada bir incəlik də xüsusi qeyd olunmalıdır. Talış fəallarından bəziləri Türkiyə tərəfində çıxış edib onun bayrağını, hətta Rusiya şəhərlərində qaldırmaq əməlinə bulunurlar. Bu arada Rusiyada və dünya ölkələrinin çoxunda terrorçu təşkilat kimi qadağan olunmuş “Boz qurdlar” qruplaşmasının bayrağının da talışlar tərəfindən nümayiş etdirildiyinin şahidi olduq. Əlbəttə buna heç də təsadüf kimi baxılmamalıdır. Onu da qeyd edək ki, AXC-Musavat tandeminin qısa müddətli hakimiyyəti vaxtında Talışıstanda bı təşkilatın şöbələri yaradılmaqda idi. Həmin zamanlarda bu qaraguruh təşkilatın sədri o vaxtkı Daxili İşlər naziri İskəndər Həmidov idi. Onun rəhbərliyi altında və bu təşkilatın bilavasitə iştirakı ilə Astaranın Şahağacı kəndində bir ailə qətl edildi, evi qumbaraatanla dağıdıldı, xeyli imkanlı adamların evləri talan edildi. İndi bu hadisələrin canlı şahidi olan bəzi talışlar isə Türkiyənin Azərbaycanı udmasına tərəf durub Rusiyanın Cənubi Qafqazda mövqeyini möhkəmləndirməsinə dözə bilmirlər, bununla da dildə talış fəalı, əməldə isə Azərbaycanın apardığı faşist siyasətinin gizli adeptləri olduqlarını ifşa etmiş olurlar.

Salahəddin Əyybi

Go to TOP