27 sentyabr müharibəsində həlak olan talışların sayı nə üçün bu qədər çoxdur

Bu sualın cavabını Az.R-da Əliyevlər tayfasının son 28 ildə apardığı yerli xalqların etnosod etmə siyasətində axtarmaq lazımdır.

Talışıstan Azərbaycan adlandırılmış bu dövlətin tərkibində Abşerondan sonra əhalinin sıxlığı baxımından 2-ci bölgədir. Sovetlər vaxtında əhalinin məşğulluğu əsasən sovxoz aqrar təssərüfat sistemi hesabına təmin edilirdi. Azərbaycan müstəqil olandan, xüsusən, Heydər Əliyev hakimiyyəti ələ keçirəndən sonra, bu sistem qısa bir muddətdə ləğv edildi. Bu, Talışıstan iqtisadiyyatının əsasını təşkil edən çayçılıq sahəsinin məhv edilməsi, sovxozların, bu sahənin emal müəssisələrinin bağlanması, Talışıstana elektrik və qaz verilməsinin dayandırılması ilə müşayət olunurdu. Endemik bitkiləri ilə dünyada məşhur olan əsrarəngiz Talış meşələrinin kütləvi surətdə qırdırılmasını da bura əlavə etsək, Əliyevin xalqı nə qədər böyük bir faciəyə məruz qoyduğunun şahidi ola bilərik. Heydərin təm-təraqla islahat adlandırdırdığı bu vandalizmin əvəzində heç bir infrastruktur yaradılmadı. Əhaliyə vəd edilən fermer təsərrüfatlarının yaradılacağı təşəbbüsü də elə dövlətin məqsədli siyasəti nəticəsində yerindəcə boğuldu.

Qısa bir muddətdə talışların bir qismi aclıqdan xilas olmaq üşün , bir tikə cörək dalınca Rusiyaya üz qoydu. Digər bir hissəsi Bakı və Sumqayıt şəhərlərinə göçmək məcburiyyətində qaldı. Əslində bu, Heydər Əliyevin talış xalqına qarşı apardığı “ağ genosid” siyasəti idi. Bu siyasəti onun oğlu İlham Əliyev də davam etdirdi. O bütün beynəlxalq qanunların ziddinə olaraq Talışıstanın etnik mənzərəsini dəyişmək məqsədi ilə buraya əsasən öz tayfasından olan adamları köçürmə siyasətinə başladı. Öz hakimiyyəti  illərində inşa etdiyi bir neçə müəssisəyə həmin adamları işə götürür, ali təhsil almış talışları təyinatla ölkənin başqa rayonlarına göndərir, həmin cür təyinatla buraya azər-türk mütəxəssislərini yerləşdirir. Bu günlərdə xəbər gəldi ki, cəbhədə Gəncədə və İsmayıllıda işləyən 2 talış müəllim həlak olub. Onlar ali təhsil müəssisələrini bitirdikdən sonra təyinatla həmin yerlərə göndərilmiş talış müəllimləri idi. Hərcənd ki, Azərbaycan Təhsil Nazirliyi təkcə bu tədris ilində talışların kompakt yaşadığı kənd məktəblərinə 200 nəfər gənc muəllimələr ezam edib. Əliyev hökumətinin talış xalqına qarşı apardığı bu siyasətin mahiyyətinin əlavə şərhə ehtiyacı yoxdur.

Bu cür qatı milli-ayrıseçkilik siyasəti nəticəsində kütləvi işsizliklə üzləşən talış gəncləri iş tapmağın yeganə vasitəsi kimi hərbidə kontraktla xidmət etmək məcburiyyətində qaldılar. Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, talışlarda hərbi işə maraq ənəvi olaraq güclü olub, bu səbəbdən mustəqilliyin ilk illərində ölkənin ali hərbi məktəblərinə qəbul olan talışların xüsusi çəkisi həmişə çox olurdu. Bunu görən Əliyevlərin tayfa hokuməti gizli tapşırıqla ali hərbi məktəblərə talış millətindən olan abituriyentlərin qəbuluna yasaq qoydu. Hazırda Azəbaycan ordusunda olub qalan baş zabit və qenerallar 25 il bundan əvvəlki qaydanın məhsullarıdır. Bundan sonra, bu faşist ordusunun tərkibində talışlar ancaq MAXE sıravi əsgər, çavuş, habelə kiçik zabitlərdən ibarət ola bilərlər. Yuksək rütbəli zabit və qenerallar isə ancaq İlham Əliyevin tayfası və onun qayğı göstərdiyi azər-türklərdən ibarət olacaq, talışlar isə bu ali millətiə nökərçilik etmək məcburiyyətində qalaçaqlar.

Beləliklə, cəbhədə həlak olanlar arsında talışların mütləq əksəriyyət təşkil etməsinin ilk səbəbi müqavilə ilə hərbidə xidmət edənlərin (MAXE) çoxunin talış olması idisə, bunun 2-çi səbəbi Talışıstandan hərbi xidmətə cəlb olunan çağırışçıların qanuna görə cəbhə bölgəsində hərbi xidmət keçmələri idi. Belə ki, Milli Məclisin qəbil etdiyi qanuna əsasən çağırışçılar hərbi xidməti daimi yaşadıqları məntəqədən 200 km uzaqlıqda yerinə yetirməlidir.  Hərbi xidməti başa vurub ordudan təxris olunaraq ehtiyata buraxılmış həmin talışlar, muharibə şəraitində ilk növbədə xidmət erdiyi çəbhə zonasına oranın relyef və coğrafiyasına guya  bələd olma bəhanəsi ilə səfərbərliyə alınıb atəş xəttinə göndərilidilər. Amma həmin rayonları tərk etmiş 1 milyona yaxın qaçqın və məcburi köçkünlərə bu tələblər şamil edilmədi. Yəqin buna heç ehtiyac da olmadı. Çünki müharibəyə cəlb etmək üçün yerli xalqların nümayəndələrinin sayı kifayət qədər idi, talışların miqdarı isə onların arasında daha çoxluq təşkil edirdi. Azərbaycan dövlətinin apardığı faşist siyasətinə müvafiq olaraq həlak olanlar arasında talış şəhidləri də bu səbəblərdən mütləq çoxluq təşkil etdilər.

Tofiq Xəlilov

Go to TOP