Azərbaycan ordusunda 2018 – ci ildə baş vermiş Tərtər faciəsi və yaxud qenosidi haqqında ölkənin siyasi rəhbərliyindən başqa hamısı danışır

Azərbaycan ordusunda 2018 – ci ildə baş vermiş Tərtər faciəsi və yaxud qenosidi haqqında ölkənin siyasi rəhbərliyindən başqa hamısı danışır. Bu insana və bəşərə yaraşmayan vandal hərəkətlərə heç cür bəraət qazanmaq və onlara azacıq da olsa haqq qazandırmaq heç cürə mümkün deyil. Aşağıda insanlara, yəni Azərbacan Respublikasınln Müdafiə Nazirliyinin komandanlığı altında olan hərbi hissələrin zabit, gizir və əskərlrinə verilən işgəncə növlərinin bəzilərini, işgəncəyə məruz qalan bir keçmiş zabitin imzası ilə sizə təqdim edirik.

Tərtər cinayəti: hərbçilərə belə dəhşətli işgəncələr verilib
“Tərtər işi” ilə bağlı hərbçilərimizə verilən işgəncə növləri:
– əl və ayaq barmaqlarının dırnaqlarının çıxarılması;
– çıxarılan yerdən elektrik cərəyanı keçirilməsi;
– əllərindən asıb ayaqlarına elektrik cərəyanı ötürmək;
– damaq, diş və qulaqlara elektrik cərəyanı vermək;
– lüt bədənə dayanmadan su tökərək yaş bədənə elektrik cərəyanı vermək;
– dəmir çarpayı və sulu döşəkdə lüt uzandıraraq bədənə elektrik cərəyanı vermək;
– klyonka və plastikin yandıraraq kürəyə basmaq;
– yanan yerə duz, istiot, araq tökmək;
– bütün dişlərin tikintidə istifadə edilən kəlbətinlə çıxarmaq;
– cinsiyyət orqanını məngənə ilə sıxmaq;
– butulka və dəmir parçasını arxa keçəcək dəliyinə salmaq;
– ağızın qulağa qədər hissəsini cırmaq.

Başqa şeylər də olub. Onları yazmayım.”

Ruslan Farzaliyev

Go to TOP