Lənkəranda yerləşən iki market cərimələnib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəranda fəaliyyət göstərən iki ticarət obyektini cərimələyiblər. Bu haqda məlumatı TOLİSHMEDİA informasiya agentliyi verir.

Belə ki, obliqat qrupuna daxil olan işçilərini ilkin və dövri tibbi müayinədən keçirmədikləri üçün Şəhidlər xiyabanı prospektində yerləşən “Halal” və Nəsimi küçəsi, ev 111-də yerləşən “Elcan” marketlərinin sahibləri cərimələniblər.

Go to TOP