“Talışın tarixi saxtalaşdırılıb, mədəniyyəti özəlləşdirilib, dilini də məhv etməklə bütöv milləti yaddaşlardan birdəfəlik silmək siyasəti yürüdülür”

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, Talışların Beynəlxalq İnsan Hüquqları Təşkilatının sədri Boris Talışinski öz feysbuk səhifəsində yazır:

“”Heç kim sizə(bizə) qadağa etmir, evinizdə( evimizdə) Talış dilində danışmağı” kəlməsini tez-tez eşidirik. Çox təəssüflər olsun ki, bu kəlməni bəzi Talış “ziyalıları” da işlədərək, hakimiyyətin Talış dilinin məhv etmə siyasətinə dəstək olurlar.

Dilin ən mühüm funksiyası mədəni irsi qoruyub saxlamaq və onu nəsildən-nəslə ötürməkdir. Məhz buna görə də dil şəxsiyyətin, milli xarakterin, xalqın, millətin formalaşmasında ən mühüm həlledici rol oynayır.

Dilin zənginliyi səslər, hərflər, kitablar, dəftərlər, sözlər, cümlələr, hekayələr, şeirlər, nağıllar və tapmacalardır.

Məyər evdə, məişət səviyyəsində dildə danışmaqla xalqın mədəni irsini qoruyub saxlamaq, inkişaf etdirmək olarmı? Əlbəttə ki yox.

Bəs Talış dilinə qarşı bu düşmənçilik siyasətini nə məqsədlə aparırlar?

Qeyd. Azərbaycan dilinin Azəri dilinə heç bir aidiyyatı yoxdur. Talış dilini Azəri dilinin yadigarı adlandıran məşhur tarixçi İqrar Əliyevin kəlməsini yadınıza salın.

Talışın tarixi saxtalaşdırılıb, mədəniyyəti özəlləşdirilib, dilini də məhv etməklə bütöv milləti yaddaşlardan birdəfəlik silmək siyasəti yürüdülür.

Keçid rolunu oynayan azərbaycanlı düşünülmüş bir millət anlayışı kimi, nə vaxta qədər xalqların yoxa çıxmasında öz rolunu oynamalıdır

Hanı Azərbaycan ölkəsində yaşayan xalqların rəngarəngliyi?

Niyə bu ölkəni ancaq qara rəngdə görmək istəyirlər?”

Go to TOP