Su anbarında balıq ovlayanlar tutuldu
“Xəzər dənizinin Sumqayıt şəhəri və Xaçmaz rayonu akvatoriyasında, Kür çayının Neftçala rayonu, Təngərüdçayın Astara rayonu ərazisindən keçən hissəsində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb”.
TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Xaçmaz rayon sakini Bəhruz Mahmudov, Yevlax rayon sakini Samir Rəsulov, Neftçala rayon sakinləri Əlvan Cahangirov, Pərviz Əliyev, Astara rayon sakini Gülverdi Baxşiyev və Mingəçevir şəhər sakini Natiq Qənbərov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Onun sözlərinə görə, faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.