Masallıdan olan əsgər özünü güllələyərək intihar edib

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əslən Masallının Xırmandalı kəndindən olan əsgər Tağıyev Ramal İsrafil oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki,  fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindiriliblər, müvafiq ekspertizalar təyin olunub və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Qeyd edək ki, bəzi xəbər saytları əsgərin Ermənistan hərbi qüvvələrinin Kəlbəcər bölgəsinə hücumu nəticəsində şəhid olması barədə yazıblar.

Go to TOP