LDU-nun Elmi kitabxanasının zirzəmisi çirkab sularla dolub

Lənkəran Dövlət Universitetinin Elmi kitabxanasının zirzəmisi çirkab sularla dolub.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, “Ziyalılar Evi” kimi tanınan Elmi kitabxananın zirzəmisindən gələn qoxu ətrafda yaşayan sakinləri narahat edir:

“Biz ətrafda həyət evlərində yaşayan sakinlərik. Qoxudan evimizdə otura bilmirik. Bir neçə dəfə aidiyyəti qurumlara müraciət etmişik. Bir daha da bu problemi aradan qaldırmağı onlardan xahiş edirik”.

Go to TOP