Astara rayonunda yaz əkininə start verilib

Astaranın təsərrüfatlarında yazlıq bitkilərin əkini başlanıb. Bu barədə TOLİSHMEDİA informasiya agentliyi xəbər verir.

1 mart vəziyyətinə 1153,1 hektar sahədə yazlıq əkin aparılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz azdır.

6,7 hektar sahədə dənli və dənli-paxlalı bitkilər (qarğıdalısız), 591,0 hektar sahədə kartof və 503,5 hektar sahədə tərəvəz bitkiləri əkilib, 51,9 hektar sahəyə çoxillik yonca səpilib.

Təsərrüfatlarda, eyni zamanda tərəvəz əkini üçün tinglərin yetişdirilməsi və taxıl əkinlərinə aqrotexniki qulluq işləri davam etdirilir.

Go to TOP