Politoloq Cümşüd Nuriyev: Boris Talişinskinin ayağı Azərbaycana dəyə bilməz, Azərbaycan buna imkan verməyəcək

Cari ilin mart ayının 10-da Talış-Muğan Muxtar Respublikasının Mühacir Hökumətinin Prezidenti Boris Talışinski İranın rəsmi dairələrinin dəvəti ilə rəsmi səfərlə Tehrana gedib.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir, ki Prezident Boris Talışinski Tehran və Rəşt şəhərlərində bir sıra mühüm tədbirlərdə iştirak etməklə yanaşı, region üzrə aparıcı beyin mərkəzlərində Azərbaycan talışlarının problemləri ilə bağlı səmərəli müzakirələr aparıb.

Maraqlıdır ki, Boris Talışinskinin İrana rəsmi səfəri Azərbaycan KİV-lərində və sosial şəbəkələrdə geniş əks-səda doğurub.

Azərbaycanın hakim siyasi elitasının nümayəndələri və deputatlar sözügedən səfəri hədəfə alıblar və bunu antiazərbaycan aktı kimi təqdim ediblər. Eləcə də Heydər Əliyev fondunun vəsaitləri ilə fəaliyyət göstərən analitik mərkəzlərin ekspertləri, jurnalistlər və sosial şəbəkələrdə ictimai rəy formalaşdıran şəxslər də bu səfəri eyni şəkildə şərh ediblər.

Politoloqlar arasında Cümşüd Nuriyev talış xalqına və İrana qarşı olan öz iyrənc nifrətini gizlədə bilməyib. O, Talışinskinin İrana səfərinə toxunaraq deyib: ” İranın ağlı yoxdur. 1993-cü ildə “talış-muğan respublikası” yaratmışdılar da. İki ay fəaliyyət göstərdilər, 7 rayonu bağlamışdılar. Bir gecədə hamısı aradan qaldırıldı. İndi İran öz ərazisinə hansı talışınskini gətirir-gətirsin, onun ayağı Azərbaycana dəyə bilməz, dəyməyəcək də, mümkün deyil. Azərbaycan buna imkan verməyəcək”.

“İrandan belə təxribatlar gözlənilən idi, başqa şeyləri də gözləyirik. İranın Azərbaycana qarşı hazırladığı proqramlardan xəbərimiz var. Avropada Azərbaycan diasporuna nələr edirlər, müxtəlif ölkələrdə bizə qarşı iş aparırlar, səviyyəsiz təbliğatlar İranın tapşırığı ilə həyata keçirilir – bütün bunların hamısı məlumdur”, – deyə Nuriyev vurğulayıb.

Go to TOP