Cəlilabadda çiyələyin qiyməti ucuzlaşıb

Cəlilabadda çiyələyin qiyməti sürətlə ucuzlaşıb.

TOLİSHMEDİA informasiya agentliyi  xəbər verir ki, mövsümün əvvəlində 5-7 manata satılan bu məhsul hazırda bazarlarda kiloqramı 1,50 manata təklif olunur.

Yerli fermerlərin sözlərinə görə, məhsulun bu qədər tez bu qiymətə enməsi gözlənilməz olub.

Üstəlik sahələrdən topdansatış qiymətləri daha ucuzdur. Mövcud vəziyyət məhsulun bolluğu və çiyələk əkinin genişlənməsi ilə izah edilir. Məhsulun daha da ucuzlaşacagı istisna edilmir.

Qeyd edək ki, bu il Cəlilabadda 560 hektarda çiyələk əkini aparılıb ki, bu da keçənilki göstəricidən 55 hektar çoxdur.

Go to TOP